Uzun usneya
Uzun usneya Elmi adı - Usnea longissima Ach. (usnea laricina Vain.) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur.[3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur.[4][5][6]
Yayılması[redaktə | mənbəni redaktə et]
Lənkəranın dağlıq hissəsi İLənkəran, Bobola və Alekseyevka kəndinin yaxınlığında; Astara, Armudlu kəndi yaxınlığında), Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğu, 1800-1950 m hündürlüyündə, ağaclarda).[7][4]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsidir.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili vacibdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ http://redbook.az/?options=project&id=Uzun%20usneya[ölü keçid]
- ↑ Бархалов Ш.О. 1969
- ↑ 1 2 Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980
- ↑ Новрузов В.С., 1990
- ↑ "Arxivlənmiş surət". 2017-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-16.
- ↑ Шретер А.И., 1979
Bu məqalə qaralama halındadır. |