Xodaşirin Cəbiyev
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Xodaşirin Cəbiyev | |
---|---|
Xodaşirin Oğlan oğlu Cəbiyev | |
Doğum adı | Xodaşirin |
Təxəllüsü | Cabbarlı |
Doğum tarixi | |
Doğum yeri | Böyük Kolatan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Talış |
Həyat yoldaşı | Qızxanım Kərim qızı Cəbiyeva |
Atası | Oğlan Mürsəl oğlü Cəbiyev |
Anası | Bacısaba Hilal qızı Məmmədova |
Təhsili | Ali |
İxtisası | I kateqoriyalı provizor-təşkilatçı Homotoksikoloq |
Fəaliyyəti | Yazıı-publisist, jurnalist-araşdırıcı, tərcüməçi, bəstəçi |
Əsərlərinin dili | Azərbaycan, talış, rus |
Janrlar | Nəsr, publisistika, poeziya |
İlk əsəri | "Sözün fəziləti haqqında - muğamda söz" adlı publisistik məqaləsi 1997-ci ildə "Söz" jurnalının 1-2-ci sayında çap olunub. |
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbarlı) - Azərbaycan provizoru, homotoksikoloqu, yazıçı-publisisti, jurnalist-araşdırıcı, tərcüməçisi, bəstəçisi
Həyatı[redaktə | mənbəni redaktə et]
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbarlı)[1] 15 dekabr 1954 -cü ildə Azərbaycan SSR Masallı rayonunun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1961-ci ildə Böyük Kolatan kənd 7 illik məktəbinin 1- ci sinfinə daxil olmuş, 1971 -ci ildə həmin orta məktəbin 10 illik tam kursunu fərqlənmə ilə bitirmişdir.
1971-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş, 1976-cı ildə həmin institutu bitirərək provizor ixtisasını almışdır.
28.12.1978-ci ildən 11.04.1997-ci ilədək (20 ilə yaxın) 595 saylı Masallı rayon Mərkəzi Aptekinin müdiri vəzifəsində işləmişdir. Masallı rayonunda səhiyyənin, əczaçılıq işinin tərəqqisi və inkişafında, aptek xidmətinin ibtidailikdən ən yeni avadanlıq və qurğularla təchiz olunmasına qədər, bir sıra uğurlu addımlar atmış, peşəkar əczaçı kadrların hazırlanması sahəsində gərgin əmək sərf etmişdir. O, işlədiyi müddət ərzində Masallı rayonunda 14 yeni tipli aptek binalarının inşasına nail olmuşdur.
1978 - 1997 -ci illər ərzində onun ardıcıl və yorulmaz səyləri nəticəsində rayonda aptek şəbəkəsinin sayı dislokasiya üzrə yüksək templə inkişaf edərək 11-dən 60 -a qədər yüksəlmişdir.
1997-ci ildən 2007 -ci ilə kimi Rusiya Federasiyasının Tolyatti, Ulyanovsk şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ”İRAY” MMC -nin baş direktoru vəzifəsində çalışmışdır.
2019/2020-ci illərdə Masallı şəhərindəki “OZON” klinikasında tibbi xidmətin təşkili üzrə menecer vəzifəsində çalışmışdır.
Poliqlotdur - azərbaycan, talış, rus, fars, latın dillərini bilir və sərbəst danışır[2].
Heç bir siyasi partiya və qurumun üzvü deyil, siyasi baxışları və ambisiyası yoxdur.
Tibbi xidmət üzrə istefada olan zabitdir.
Ailəlidir - üç övlad atasıdır, yeddi nəvəsi vardır.
Hal hazırda yaşa görə təqaüdə çıxmışdır.
Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Yeni texnologiya əsasında, nəzarət - analitik qaydalara uyğun olaraq, hazırlanması yalnız zavod şəraitində mümkün olan inyeksion, vena daxili steril dərman maddələrinin, göz damcılarının, məlhəmlərin və digər mürəkkəb tərkibli 100-dən artıq dərman preparatlarının aptek şəraitində hazırlanmasına nail olmuşdur.
02.04.1979 -cu ildə Talış-Muğan zonasında ilk dəfə olaraq bütün gün ərzində əhaliyə fasiləsız dərman yardımı göstərən, üç növbəli iş rejimi ilə işləyən aptek xidmətinin əsasını qoymuşdur[3].
1983-cü ildən etibarən Masallı rayonu ərazisində yaşayan əhalinin rahat və operativ dərman yardımı almasını təmin etmək məqsədilə 595 saylı Mərkəzi Aptekin nəzdində “Sorğu Məlumat Bürosu”nu yaratmışdır.
1986-cı ildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Səhiyyə Nazirliyi Baş Apteklər Idarəsi, Azərbaycan Əczaçıları və Farmakoloqları Elmi Cəmiyyətləri ilə birlikdə, respublika əczaçılarının Masallı rayonunda keçirilən səyyari konfransının təşkilatçısı olmuş, nümunəvi iş təcrübəsi respublikada yayılmışdır. Beləliklə, o, elmi-nəzəri və praktiki əsaslarla əczaçılıq işinin Masallı rayonunda ilk təşkilatçısı və qurucusu olmuşdur.
1980-ci ildən etibarən ardıcıl olaraq Azərbaycan Əczaçılarının qurultaylarına nümayəndə seçilmişdir.
1990-cı ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Atestasiya Komissiyası tərəfindən 1-ci dərəcəli provizor-təşkilatçı ixtisas dərəcəsini almışdır.
2013/18-ci illərdə Beynəlxalq Homotoksikoloqlar Akademiyasının Almaniyanın Baden-Baden şəhərindəki Elmi Şurası tərəfindən tətbiqi homotoksikologiyanın əsas kursunu bitirərək “Bioloji təbabətdə tətbiq edilən müalicə üsulları” üzrə imtahan vermək yolu ilə 3 doplom və 12 dəfə 1-ci kateqoriyalı sertifikata layiq görülmüşdür.
İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]
01 mart 1976 -cı ildən 11 aprel 1997 -ci il tarixə qədər 145-595 saylı Masallı rayon Mərkəzi Apteklərində və Mərkəzi rayon Xəstəxanasında müxtəlif xıdməti vəzifələrdə, ictimai işlərdə çalışmışdır. O cümlədən, 1982/95 -ci illərdə 13 il həmin tibb ocağında səhiyyə işinin təşkili məsələləri üzrə Tibbi Şurasının üzvü olmuşdur.
1982 -ci ildən 1995 -ci ilədək Tibb İşçiləri Həmkarlar Təşkilatı Masallı rayon Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.
1983 -cü ildə Sov. İKP sıralarına daxil olmuşdur. Sovet ordu hissələrinin Bakı şəhərinə yeridilərək “Yanvar qırğını” törədilməsinə etiraz əlaməti olaraq 23.01.1990 -cı il tarixdə Sov. İKP sıralarından imtina edərək xaric olmuşdur.
I Qarabağ Müharibəsi dövründə (1991/94-cü illər) könüllü batalyonlarda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi silahlı birləşmələrinin tərkibində döyüşən Masallı rayon Polis şöbəsi əməkdaşlarının dərman və sarğı materialları ilə təminatını öz şəxsi vəsaiti hesabına həyata keçirmişdir.
11.04.1997-ci ildə hakimiyyət orqanlarının küçə-bazarlarda qeyri peşə adamları tərəfindən kütləvi şəkildə qanunsuz dərman maddələri və sarğı materiallarının alverinə rəvac verdiyinə qarşı etiraz əlaməti olaraq 20 ilə yaxın dövr ərzində daşıdığı 595 saylı Masallı rayon Mərkəzi Aptekinin müdiri vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdır.
Görkəmli tarixi şəxsiyyət Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığından bəhs edən “Şəms - zülmətlə şəfəq arasında“ adlı elmi-publisistik, bədii-sənədli kitabın motivləri əsasında “Tərk etmə məni” sənədli kinofilmin çəkilişində əmək sərf etmişdir.
2015-ci ildə X. Cəbiyevin (Cabbarlı) ssenarisi əsasında Masallı hidrogen - sulfidli mineral su bulaqlarını tərənnüm edən "Həyat çeşməsi" adlı televiziya filmi çəkilmişdir.
Həvəskar bəstəçidır, bir sıra mahnı və təsniflərin müəllifidir. 1962/78 -ci illərdə Masallı rayon Pionerlər, Mədəniyyət Evlərində müğənni - ifaçı kimi fəaliyyət göstərmişdir[4].
Azərbayca Respublikasının Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür.
Əsas elmi əsərləri[redaktə | mənbəni redaktə et]
Tibbə dair “Homeopatiya, Homotoksikologiya, Sanum - terapiya və mualicələr”, “Tibb tarixi haqqında və təbabət latın dilində” adlı iri həcmli (hər ikisi rus dilində) tibbi tədris vəsaitlərinin müəllifidir. Kitablar hələ işıq üzü görməmişdir.
Bədii-publisistik əsərləri[redaktə | mənbəni redaktə et]
1997-ci ildən başlayaraq müxtəlif illərdə dövri mətbuatda publisistik məqalələrlə çıxış etmiş, bir sıra hekayə və şeirlərin müəllifidir[5]. İlk ədəbi yaradıcıl nümunəsi olan “Sözün fəziləti haqqında - muğamda söz” adlı publisistik məqaləsi 1997-ci ildə “Söz” jurnalında (№ 1-2) dərc olunub.
Görkəmli tarixi şəxsiyyət Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığından bəhs edən “Şəms - zülmətlə şəfəq arasında“ adlı elmi-publisistik, bədii-sənədli kitabın müəllifidir.
Masallı rayonunun musiqi tarixinin araşdırıcısıdır[6]. İfaçılıq sənəti ilə bağlı iri həcmli “Muğam dünyasının açarları”, “Muğam xəzinəsi - xalqın zəkası, qəlbin sədası, ruhun qidası” adlı elmi-publisistik məqalələrin müəllifidir.
Hal hazırda “Oğurlanmış taleyin hekayəti” adlı üç cildlik avtobioqrafik sənədli - bədii povest, “Masallının musiqi ulduzları” bədii - publisistik almanax, “Həqiqətlə üz-üzə” adlı seçilmiş əsərlər toplusu üzərində işləyir. Ümumilikdə 8 iri həcmli bədii-sənədli, elmi kitabların müəllifidir.
Nəsr və poeziya[redaktə | mənbəni redaktə et]
1. Sözün fəziləti haqqında - muğamda söz. “Söz” jurnalı № 1-2. Yanvar - fevral 1997-ci il.
2. Belə getməz, belə, dünya... (şeir) 2006-cı il. “AZAD qələm” qəzeti № 05 (101) avqust 2014 -cü il. AzPRESS.az internet saytı, “Məşəl” yurnalı № 01 2015 -ci il.
3. “ƏLKOL” (hekayə) 18.12.2007 -ci il. “Məsəl” jurnalı № 01 2014 -сü il. AzPRESS.az internet saytı.
4. Bilmədi (şeir) 28.04.2016 -cı il. “Talisman” qəzeti № 05 05.04.2019 -cu il.
5. “Oğurlanmış taleyin hekayəti”(avtobioqrafik povest - 2 cilddə). 14.12.2016 -cı il.
6. Masallı yazarlarının söz boxçası. “Azad Azərbaycan” qəzeti № 63 (2887) 03.05.2016 -cı il.
7.”Xəyanətin sonu yoxmuş” (avtobioqrafik povest - 1 cilddə). 20.04.2017 -ci il.
8. DAD SƏNİN ƏLİNDƏN AMAN, AYRILIQ! (Mənsur şeir - esse). Sevimli nəvəm İradə Ağayevaya ithaf edirəm. 30. 06. 2017 -ci il.
9. Pampersli dunduk (hekayə). 12.10.2017 -ci il.
10. Ay gözəl. (şeir - mahnı). 15.12.2017 -ci il.
11. Siqaret yanğısı (hekayə). 20.10.2018 -ci il.
12. Yanlış dua. 27.10.2018 -ci il.
13. Uğursuz uduş (hekayə). 07.11.2018 -ci il.
14. “Həqiqətlə üz-üzə” (seçilmiş əsərlər toplusu). 16.04.2019 -cu il.
15. Qeyrət bəlası (hekayə). 06.09.2019 -cu il.
16. Oldun (şeir-mahnı). 21.07.2019-cu il.
Talış dilində - ana dilində yazılmış şeirlər[redaktə | mənbəni redaktə et]
1. Çiç be bətı, ha bala! 24.04.2019 -cu il. ”Talisman” qəzeti № 05 05.04.2019 -cu il.
2. Az zındənim çokne bəbe... 26.04.2019 -cu il. ”Talisman” qəzeti № 05 25.05.2019 -cu il.
3. Ay bəşdə tolışi deşmın bıə tolış! 12.03.2021-ci il.
4. Az bə kon vırə bışim. 13.03.2021-ci il.
Uşaq şeirləri[redaktə | mənbəni redaktə et]
1. Mehriban babam. 19.10.2019 -cu il.
2. Nə yaxşı, varsan! 10.02.2020-ci il
Musiqi tariximizdən[redaktə | mənbəni redaktə et]
1. “Muğam dünyasının açarları”. 05.09.2007 -ci il. “Hüquq və azadlıq” qəzeti № 22 (132) 17.11.2011 -ci il, № 23 (133) 24.12.2012 -сi il.
2. “Muğam xəzinəsi - xalqın zəkası, qəlbin sədası, ruhun qidası”. 05.07.2014 -cü il. ”Azad qələm” qəzeti № 07 (103) oktyabr 2014 -cü il, № 01 (105) yanvar 2015 -ci il, № 02 (105) fevral-mart 2015 -ci il. AzPRESS.az internet saytı.
Masallının mədəniyyət və musiqi tarixi[redaktə | mənbəni redaktə et]
1. Masallı rayonunun toy adət-ənənələri və musiqi tarixi haqqında. “Cənub xəbərləri” qəzeti № 17 (314) 30. 06. 2012 -ci il.
2. Masallı şəhərinin tarixindən (“Bu şəhərin tarixindən”) 17.06.2012 -ci il. “Cənub xəbərləri” qəzeti № 21 (317) 31.07.2012 -ci il. AzPRESS.az internet saytı.
3. Masallının musiqi ulduzları (ədəbi-musiqi almanaxı üzərində işlər davam edir)[7].
4. “El xanəndəsi - Mürüvvət Həşimov” 04.11.2012 -ci il. “Cənub xəbərləri” qəzeti № 32 30.11.2012 -ci il. Az-PRESS.az internet saytı.
5. “Şərqin zil-tenor səsli xanəndəsi - Mir İslam Rəfiyev” 12.11.2012 -ci il[8] . “Cənub xəbələri” qəzeti № 35 (331) 28.12.2012 -ci il, № 01 (333) 10.01.2013 -cü il, № 02 (334) 18.01.2013 -cü il, AzPRESS.az internet saytı.
6. Ağamusa Ələkbərov haqqında. “İncəsənətlə yoğrulmuş ürək”. 21.12.2013 -cü il.
7. Xanəndə Kərim Həsənov haqqında. Rza Həsənovla müsahibə - “Atamı xatırlayarkən...” 12.04.2014 -cü il.
8. “Zəhməti ilə ucalan, sənətindən güc alan xalq sənətkarı - Aşıq Abdulla”[9] . 28.08.2014 -cü il. AzPRESS.az internet saytı.
9. Ələşrəf Niftiyev haqqında. “Yuvasından perik düşən bülbülün nəğməsi”. 01.05.2017-ci il.
10. “Bir yuxunun möcüzəsi”. Aşıq Salman Tağıyevlə müsahibə. 22.05.2017 -ci il. “Ambur” qəzeti № 01.01.2018 -ci il.
11. Ələfsər Niftiyev haqqında. “Kamançaya köklənmiş ömürdən səhifələr”. 31.05.2017 -ci il.
12. Xanəndə - ifaçı Elçin Ağayev haqqında. “Muğan elindən ucalan səs”. 10.06.2017 -ci il.
13. Xanəndə Fəraməz Məhərrəmov haqqında. “Dost çırağının pərvanəsi”. 11.06.2017 -ci il.
14. “Niyyətinə qovuşan sənətçi”. Məhbub Şükür oğlu Məmmədovla (tarzən-ifaçı) müsahibə. 02.06.2019-cu il.
15. “Kasıb həyatın zəngin xatirələri” - Abuş Alışovla (zərb alətləri ifaçısı) müsahibə 17. 11. 2020-ci il.
16. “ZƏHMƏTDƏN SÜZÜLƏN NƏĞMƏLƏR”. (Masalli rayon Mah-mudavar kənd Xalq Folklor Evinin direktoru və “Halay” Xalq Folklor Kollеktivinin bədii rəhbəri Natəvan Cəbiyeva ilə müsahibə. 27.11.2020-ci il.
17. Masallı rayon Şərəfə kənd Xalq Folklor Kollektivi haqqında.
Rusiya həyatından səhifələr[redaktə | mənbəni redaktə et]
1. “Zəhmətdən güc alanlar, zəhmətlə ucalanlar”. 23. 06.2014 -cü il. AzPRESS.az internet saytı.
2. “İnsanlar fərqli, talelər oxşar...“. 29.06.2014 -cü il. AzPRESS.az internet saytı.
İşıqlı şəxsiyyətlər haqqında[redaktə | mənbəni redaktə et]
1. “Zirvəsi qarlı, uca dağ - Xalıq əmi” (Xalıq Qurbanov haqqında). 02.04.2012-ci il. “Aləm” jurnalı № 4 2017 -сi il.
2. “Həyatdan gələn kitabın müəllifi” (Ələşrəf Niftiyev haqqında). 18.05.2013 -cü il. “Yeni təfəkkür” qəzeti № 20 (333) 01.06.2013 -cü il.
3. “Dövlətçiliyimizin, mənəviyyatımızın müsəlləh əsgəri - Ələşrəf Niftiyev”. 10 dekabr 2013-cü il. “Yeni təfəkkür” qəzeti № 02 (363) 17.01.2014 -cü il. AzPRESS.az internet saytı.
4. “Həyata bəzək, qəlblərə naxış, ömürlərə nur çiləyən insan haqqında düşüncələrim...”. 10.05.2014 -cü il. Bağır Coşqun - “Coşqun bir ümmansan...”Elm və təhsil” (Bakı - 2017).
5. Molla Cəlal Gülməmməd oğlu (1870-1961). “İslam fədaisi, istiqlal carçısı. AzPRESS.az internet saytı.
6. “Müdrikliyin zirvəsində” (Ələşrəf Niftiyev haqqında). 06.06.2015-ci il. “Azad Azərbaycan” qəzeti № 66 (2720) 23.06.2015 -ci il. Az PRESS.az internet saytı.
7. “Məmmədhüseyn Əliyev - 90”. 31.05.2015 -ci il. “Azad Azərbaycan” qəzeti № 90 (2724) 01.07.2015 -ci il. AzPRESS.az internet saytı.
8. ”İnqilab fırtınasının fədaisi” (Böyükağa Talıblı -120). 13.05.2017-ci il.
9. “Soyuq məzara da zinətdir insan...” (Novruz Abdüləli oğlu Zeynalov haqqında). “Aləm” jurnalı № 4 2017 -сi il.
10. Ölmək - bu dünyadan yox olmaq deyil ! (Ələfsər Niftiyev haqqında.) “Yeni təfəkkür” qəzeti № 23 (512) 08. 12.2017 -ci il, “Azad Azərbaycan” qəzeti № 180 (3193) 15. 12.2017-ci il.
11. Zülmətlərə nur çiləyən təbib-loğman (oftalmoloq-həkim Yaşar Bağırov haqqında). 26.10. 2019-cu il.
12. İmamverdi Həmidov - 80. ”Taleyini imana, zəh-mətə, təmkinə kökləyən insanın ömür yolu”. 15.01.2021-ci il.
Mir Kazım Aslanlı Sarəng haqqında müsahibələr, yazılan kitab və məqalələr[redaktə | mənbəni redaktə et]
1. “ŞƏMS - zülmətlə şəfəq arasında”. 1 -ci kitab - ( 650 səh.)
2. “Arzusu gülüstan, ömrü xəzan sənətkar”. “Cənub xəbərləri” qəzeti № 02 (156) 21.01. 2008 -ci il.
3. MİR KAZIM ASLANLI - SARƏNG - 100. “Mir Kazım Aslanlının əziz xatirəsinə həsr olunur”.“Hüquq və Azadlıq “ qəzeti № 131 02.11.2011 -ci il.
4. “Mir Kazım Aslanlı - Sarəng haqqında 50 dəqiqəlik film çəkilir”. “Cənub xəbərləri” qəzeti № 09 (305) 31.03.2012 -ci il.
5. “Mir Kazım Aslanlı” (1 -ci yazı). “Cənub xəbərləri” qəzeti № 14 (310) 20.05.2012 -ci il.
6. “Moskvaya bağlamada göndərilən koramal” (2 -ci yazı). “Cənub xəbərləri” qəzeti № 15 (311) 30.05.2012 -ci il.
7. “Həyatı dastan, evi viran Mir Kazım” (3 -cü yazı). “Cənub xəbərləri” qəzeti № 16 (312 ) 10.06. 2012 -ci il.
8. Mir Kazım Aslanlı haqqında filmin çəkilişinə başlanıldı. “Cənub xəbərləri” qəzeti № 21 (317) 31.07.2012 -ci il.
9. MİR KAZIM ASLANLI - SARƏNG (1912 - 1975) Həyat və yaradıcılığı (qısa ixtisarla). 26.08. 2012 -ci il.
10. “Mir Kazım Aslanlının şah əsəri”. “Azad Azərbaycan” qəzeti № 89 (2913) 21.06.2016 -cı il.
11. Mir Kzım Aslanlı - Sarəng - 105. “Ruhu bizdən nigaran qalan ölməz sənətkar”. 24.07. 2017-ci il.
Etibarlı, sədaqətli dostları xatırlayarkən[redaktə | mənbəni redaktə et]
a) “Xatirələr sorağında... Dostluq qalasının ağır artilleriyası - Sami müəllim”. 10.07.2015-ci il. Az PRESS.az internet saytı.
b) “QƏLBİMƏ HƏR ZAMAN FƏRƏH GƏTİRƏN, KÖNLÜMƏ RÖVNƏQ VERƏN VƏFALI DOST”. (Xanoğlan Kazımov haqqında xatirələr). 16.07.2015 -ci il.
c) “Cəsarətli və üsyankar dost” (Yunus Nuriyevi anarkən). 20.07.2015 -ci il.
İctimai - siyasi mövzular[redaktə | mənbəni redaktə et]
1. “Ədalət oyunu” (esse) 06.09.2014 -cü il. “Məşəl” jurnalı № 12 2016 -cı il. AzPRESS.az internet saytı.
2. “Dindar gənclər niyə həbs olunub? “Cənub xəbərləri” qəzeti № 25. 20.09.2012 -ci il.
Kinofilmlər[redaktə | mənbəni redaktə et]
1. “Tərk etmə məni” k/filmi (25.07.2012 - 05.08.2012 - ci il) “Şəms - zülmətlə şəfəq arasında” kitabının motivləri əsasında kinorejissor, professor, Əməkdar İncəsənət Xadimi Aydın Dadaşovla birlikdə çəkilib, “Youtube” internet saytına yerləşdirilib.
2. “Həyat çeşməsi” kinofolmi (28.06.2015–12.07.2015 -ci il). “Region Xəbər info.az” internet xəbər saytının baş redaktoru Murad Hüseynovla birlikdə “Masallı FatimeyiZəhra İsti su Şəfa Sanatoriyası” haqqında çəkilib,“Youtube” internet saytına yerləşdirilib.
3. “Tərk etmə məni” k/filminin 20.08.2012 -ci il tarixdə təqdimat mərasimi keçirilib və videogörüntülərdə lentə alınıb.
4. “Həyat çeşməsi” k/filminin 12.07.2015 -ci il tarixdə təqdimat mərasimi keçirilib və videogörüntülərdə lentə alınıb.
Tərcümələr[redaktə | mənbəni redaktə et]
1. «Жена врага народа». (“Xalq düşməninin arvadı”). Tədqiqatçı-junalist Ağaddin Babayevin eyni adlı məqaləsi (rus dilindən tərcümə). 10.12.2012 -ci il. “Cənub xəbərləri” qəzeti № 03 (334) 30. 01.2013 -cü il.
2. Ağabəy Aslanbəyov - «Так это было... . (Вспоми- нания о советских репрессиях»). (“Bu belə olmuşdur… . Sovet repressiyaları haqqında xatirələr”). 16 səhifəlik kitabçanın rus dilindən tərcüməsi). Iyul 2012 -ci il.
3. Teymur bəy Bayraməlibəyov - “История Талы-шинского ханства». (Talış xanlığının tarixi - 35 səhifəlik sənədli oçerkin rus dilindən tərcüməsi) 12.01.2021-ci il.
4. Имамверди Гамидов- 80. “Судьба которое ос-нована на вере, трудолюбии и сдержанности” (”Taleyini imana, zəhmətə, təmkinə kökləyən insanın ömür yolu”- müəllifin qələmə aldığı eyni adlı publisistik məqalənin rus dilinə tərcüməsi). 18.01.2021-ci il.
Müsahibələr[redaktə | mənbəni redaktə et]
1. “Onu tanıyanlar da çoxdur, unutmayanlar da...” “Cənub xəbərləri” qəzeti № 01 (155) 10.01.2008 -ci il.
2. “Sönmək bilməyən vulkan”. “Azad qələm” qəzetinin müxbiri şair Vəli Həqqi ilə müsahibə. № 08 (104) 11. 2014 -cü il, № 02 (105) 02.03.2015 -ci il.
Təltifləri[redaktə | mənbəni redaktə et]
1988 -ci ildə “SSRİ-nin Səhiyyə Əlaçısı” fəxri adına layiq görülmüşdür.
2013/18-ci illərdə Beynəlxalq Homotoksikoloqlar Akademiyasının Almaniyanın Baden-Baden şəhərindəki Elmi Şurası tərəfindən tətbiqi homotoksikologiyanın əsas kursunu bitirərək “Bioloji təbabətdə tətbiq edilən müalicə üsulları” üzrə imtahan vermək yolu ilə 3 doplom və 12 dəfə 1-ci kateqoriyalı sertifikata layiq görülmüşdür.
2019-cu ildə aktual mövzulara həsr edilmiş publisistik yazılara görə və anadan olmasının 65 illik yubi-leyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna layiq görülmüşdür.
2019-cu ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təqdimatı ilə Rusiya Federasiyası Veteranlar Birliyinin Birgə Fəaliyyətin Koordinasiyası Komitəsinin “SSRİ - Əfqanıstan müharibəsinin 30 illiyi” xatirə medalına layiq görülmüşdür.
2020-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatını qazanmışdır.
2021-ci ildə Rusiya Federasiyası Prezidentinin 13.06.2019-cu il tarixli fərmanına uyğun olaraq "1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə görə” yubiley medalı ilə təltif edilmişdir.
Müstəqillik dövründə Masallı rayonunun ictimai həyatında göstərdiyi xidmətlərə və səmərəli fəaliyyətinə görə aşağıdakı təltiflərə layiq görülmüşdür:
1. 28.12.2014 və 28.12.2019-cü illərdə Masallı rayon Ziyalılar Cəmiyyəti tərəfindən verilən “Fəxri Fərman”.
2. 17.06.2017 və 28.12.2019-cu illərdə Masallı rayon Ağsaqqallar Şurası tərəfindən verilən “Tərifnamə”.
3. 17.06.2017-ci ildə Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən verilən “Fəxri fərman”.
Haqqında yazılan kitablar və bədii əsərlər[redaktə | mənbəni redaktə et]
1. Zəkəriyyə Nadirov (şair) - Bir az qəmliyəm. 1983 -cü il.
2. Azad Talışoğlu (şair) - Avtoqraf-şeir. 12.10.1987 -ci il.
3. Ağacavad Əlizadə (satirik-şair, publisist) - Sözə, musiqiyə, milli sərvətimiz olan muğamlarımıza aşina olan əczaçı dostum Xodaşirin Cəbiyevin istəkli balalarına ithaf edirəm. 14.01.1991 -ci il.
4. Adəm İzzətoğlu (Qızılbaşlı) (tarixçi, şair) - Kiçik şeir. Xodaşirin Cəbiyev Gülkəndi üçün xatirə. 24.11.1994 -cü il.
5. Adəm İzzətoğlu (Qızılbaşlı) - Lirik şeir. Xodaşirin Cəbiyev Gülkəndi üçün bədahətən yazılmış şeir. 24.11. 1994 -cü il.
6. Onu tanıyanlar da çoxdur, unutmayanlar da...”Cənub xəbərləri” qəzeti № 01 (155) 10.01.2008 -ci il.
7. İmamverdi Həmidov (filoloq-şərqşünas, filologiya elmləri doktoru, professor) - Şəfa bəxş edən insan haqqında kitab (rəy). 2012 -ci il.
8. Fərahim Sadıxov (pedaqoji elmlər doktoru, professor, Qabaqcıl Maarif Xadimi - Xodaşirin Cəbiyevin (Cabbarlı) Mir Kazım Aslanlı - Sarəngin 100 illiyinə həsr etdiyi “Şəms - zülmətlə şəfəq arasında” adlı kitabı haqqında rəy, tövsiyə, mülahizə və bəzi məsləhətlərim. 2012 -ci il.
9. Aydın Dadaşov (kinorejissor, sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar İncəsənət Xadimi - Nur zərrəsi (rəy). 2012 -ci il.
10. Allahverdi Bayrami Bilmirəm ki... 22.11.2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104) dekabr 2014 -cü il.
11. Allahverdi Bayrami - Xodaşirin şəxsiyyəti. 15.12. 2014 -cü il. AzPRESS.az saytı.
11. Balamirzə Cəfərli - Yazarsız. 15.04.2014 -cü il. “Azad qələm” qəzeti № 07 (103) oktyabr 2014 -cü il.
12. Balamirzə Cəfərli - Mənasız bir söz yazmadın. 25. 12.2014 -cü il.
13. Camal Lələzoə - Xodaşirin, Xodaşirin, Xodaşirin. 28.12.2014 -cü il.
14. Camal Lələzoə - Xodaşirin, Xodaşirin! (talışca). 12.2014 -cü il.
15. Ələşrəf Niftiyev - Xeyirxahlığa köklənmiş ömür yolu.” Yeni təfəkkür” qəzeti № 43 (404) 28.11.2014 -cü il.
16. Əlizaman Baxış - İnsanlığın ünvanı. 28.12.2014 - cü il.
17. Əlizaman Baxış - Tək ağac. 28.12.2014 -cü il.
18. Hadı Seybətinli - Ay Xodaşirin! 13.12.2014 -cü il.
19. Hadı Seybətinli - Ey gözəl həkim. 28.12.2014 -cü il.
20. Həsənbala Yetim - Xodaşirin 60 !!!. 25.10.2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104) dekabr 2014 -cü il.
21. Fikrət Quliyev - Təbrik teleqramları. (Rusiya Federasiyası, Maqnitoqorsk şəhəri, 14.12.2013-14.12. 2014 -cü illər.
22. Kərbəlayı Aşıq Salman Tağıyev (Masallı r., Xırmandalı k.) şair, aşıq-ozan - Talış qardaşım. 03.06.2014 -cü il.
23. Kərbəlayı Aşıq Salman Tağıyev (Masallı r., Xırmandalı k.) şair, aşıq-ozan - Yubiley ilin. 28.12.2014 -cü il.
24. Kərbəlayı Aşıq Salman Tağıyev (Masallı r., Xırmandalı k.) - Qalıbdı. 28.08.2014-cü il.
25. Musarza Mirzəyev - Kadusi - Masallının fədakar ziyalısı. “Azad Azərbaycan” qəzeti №176 (2621) 09.12. 2014 -cü il, “Aşkarlıq” qəzeti № 0708 (163164) 11.12.2014 - cü il. AzPRESS.az saytı.
26. Qulu Vəcioğlu - A qardaş! 09.10.2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104) dekabr 2014 -cü il.
27. Qulu Vəcioğlu - Şad günündə. 23.12.2014 -cü il.
28. Məmmədağa Dadaşov (Məmməd Ağa) - Yüz il yaşa! Noyabr 2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104) dekabr 2014 -cü il.
29. Məmmədağa Dadaşov (Məmməd Ağa) - Ad günü. 28.12.2014 -cü il.
30. Məmmədağa Dadaşov (Məmməd Ağa) - Bəzəkdir Masallıya. oktyabr 2018 -ci il. Masallı rayonu, Qəriblər kəndi, “Viləş Hotel” İstirahət Mərkəzi. 01.12.2018 -ci il.
31. Məmmədağa Şiriyev - Bir dost zarafatı (xanəndəliyi haqqında)... 28.12.2014 -cü il.
32. Nazim Paşayev (Nazim Qərib) - Ey həkim! (esse) 28.12.2014 -cü il.
33. Balamirzə Cəfərli (Masallı r., Xırmandalı k.) şair, təbib - Yazarsız. 15.04.2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104) dekabr 2014 -cü il.
34. Balamirzə Cəfərli (Masallı r., Xırmandalı k.) şair, təbib - Mənasız bir söz yazmadın. 25.12.2014 -cü il.
35. Xanəli Tolış - Seyid Sadıx poeması. 2013 -cü il. “Dünya mənə halal eylə”. Bakı - 2013 -cü il (səh. 253).
36. Xanəli Tolış - Dostum Xodaşirinə (taziyanə). 24. 08.2013 -cü il.
37. Xanəli Tolış (Masallı r., Qızılavar k.) tarixçi-etnoqraf, şair - Mir Kazım. 24.05.2014-cü il.
38. Xanəli Tolış - Altmış üstə gələ. 16.11.2014 -cü il. 39. Xanəli Tolış - Mir Kazım Aslanlıya. 24.05.2014 -cü il.
40. Nəhmət Adıgözəlov (Nəhmət Qocaşair), (Masallı r., Yeyənkənd k.) mühəndis, şair - İlahi səsdi... 05.11.2011-ci il. AzPRESS.az saytı.
41. Rafiq Məmmədov (Rafiq Məmməd) (Masallı r., Boradigah qəs.) - O gün. 04.02.2012 -ci il.
42. Sülhiyyə Tağızadə (Masallı ş.) - Salam altımış yaşın, sabahın xeyir! 28.12.2014 -cü il.
43. Şahlar Əjdərbəyli (Masallı rayonu, Qəriblər k.) Xodaşirin - 60. 28.12.2014 -cü il.
44. Vəli Həqqi ((Masallı rayonu, Tatyanoba k.) - Yanırsan həkim! 06.10.2014 -cü il. “Azad qələm” qəzeti № 08 (104). Dekabr 2014 -cü il.
45. Ömrün 60-cı pilləsibdə. “Yeni həyat” qəzeti № 01 (6502) 07.01.2015 -ci il.
46. Ağalar İdrisoğlu - Aptek işinin mahir mütəxəssisi. “Azad Azərbaycan” qəzeti № 68 (2702) 19 may 2015 -ci il.
47. Əlizaman Baxış - İnsanlığın ünvanı (“Elm və təhsil” nəşriyyatı - 172 səh. Bakı - 2019-cu il).
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "28 dekabr 219 –cu ildə rayonun tanınmış ziyalısı Xodaşirin Cəbiyevin 65 illiik yubileyi keçirildi". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ ""Masallı ensklopediyası" – 3-ci yazı. Kolatan İnzibati Ərazi Dairəsi". 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
- ↑ "Xodaşirin Cəbiyevin film kimi həyatı, dərman bazarına "dərman" tapmayan adam". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
- ↑ "10-dan artıq bacarığı və xobbisi olan Xodaşirin Cəbiyev". 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
- ↑ "Masallı yazarlarının söz boxçası". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ "Halaylardan başlayan Masallının musiqi tarixi". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ "Masallının musiqi tarixindən - 2-ci yazı (Əməkdar artistlər və aşıqlar)". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
- ↑ "Xanəndə Mir İslam Rəfiyev". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ Zəhməti ilə ucalan, sənətindən güc alan xalq sənətkarı[ölü keçid]