Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.[11]. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir.
Talış xalqı rəqs edir, XX əsrin əvvəlləri, İran | ||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
504 000[1] | ||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||
Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir.
Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar.
2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir.[3][12] Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur.[13]
Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar. Azərbaycanda olduğu kimi İranda da əsasən kompakt şəkildə yaşayırlar və müəyyən qədər farslardan fərqlənirlər. İran ərazisində Xəzərin ovalıq hissəsində yaşadıqları ərazi Kepri çalaya qədər uzanır və burada talış dili müəyyən qədər gilək dili ilə qarışır. Eləcə də İranın şimalında Gilan ostanında əsasən Talış şəhristanında, Rizvanşəhr şəhristanında,[14] Masal şəhristanında Astara şəhristanında, Fumən şəhristanında və Ərdəbil ostanının Nəmin şəhristanının Ambaran bəxşində, yaşayırlar. Ərdəbil şəhərinin yaxınlığında ana dilləri talış dili olan bir neçə talış kəndi var. Onlar Güleş (və ya özlərinin dediyi kimi: Quleş), Ceid, Gül-təpə, Sarıxanlıdır.[15]
Azərbaycan və İrandan sonra ən çox Rusiyada, bir qismi isə Qazaxıstanda yaşayırlar.
Talışların ulu əcdadları iran dilli[16] Kadusilər hesab edilir.[17][18][19] Bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır.[20]
Herodot, Strabon, Plutarx, kimi tarixçilərin qeydlərində Kadusilərin adlarına rast gəlmək mümkündür.[21] İlk dəfə kadusilər barədə məlumata Herodotun əsərlərində rast gəlinir. Herodot Əhəmənilərin 11-ci satraplığında kadusların yaşadığını qeyd edirdi və köçəri irandilli tayfalar olan kadusların yaşadıqları areal Atropatenaya aid idi. Kadusilərin talışlarla bağlılığını Strabonun əsərində onların yaşam areallarına baxaraq müəyyənləşdirmək mümkündür. Strabon kadusların Xəzər dənizi sahilində ovalıqlarda və onun ətrafında olan dağlıq ərazilərdə yaşadığını bildirir. İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası Dionisiy Perieqet də kadusilərin Xəzər sahilindəki dağlıq ərazidə yaşadığını qeyd edir. Bu və digər müəlliflərə istinadən Kadusiya şərq və cənub-şərqdən Xəzər dənizinə və Amardların diyarına, cənub və qərbdən Midiya Atropatenasına və şimaldan Arran və Albaniya torpaqlarına qovuşurdu.[22]
Səfəvilərin Talışda şiə dini təbliğat kampaniyası bölgənin dağlıq və uzaq yerləşməsi səbəbindən yarımçıq qalmışdı. Bu səbəbdən də İranda və Azərbaycan Respublikasında Talış xalqının əhəmiyyətli bir hissəsi sünni İslam dininə mənsubdur. Talışın İran hissəsindəki talışların əksəriyyəti sünnidir və nəqşibəndi təriqətinə mənsubdur. Digər tərəfdən, təxminən iyirmi dörd dağ kəndi istisna olmaqla, Talışın Azərbaycan hissəsindəki talışların əksəriyyəti şiələrdir.[23]
İstər İranda, istərsə də Azərbaycanda talış xalqı özünəməxsus İran kimliyinə malik olsa da, onların Azərbaycanda əhəmiyyəti kifayət qədər böyükdür. Onların Azərbaycanda kimliyi iranlılar və türklər arasındakı münaqişəyə əsaslanır.[24]
1747 də Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar meydana gəlir o xanlıqlardan biri də Talış xanlığı[25] olmuştur.
Talış xanlığının tarixi ilə bağlı qeyri-müəyyənlik təkcə mənbələrin azlığı ilə bağlı deyil, daha bir problem onun haqqında tədqiqatların nadir olmasıdır. Rus, azərbaycan, türk və fars dillərində bir sıra tədqiqatlar və qısa sorğular dərc olunub. Təəssüf ki, bu tədqiqatların bəziləri zəifdir və səhv və qərəzli şərhlər ehtiva edir.[26]
İranın keçmiş ərazi-inzibati bölgüsünə görə, talışlar Xəmsəyi-Təvaliş adlanan beş rayonda əhalinin böyük əksəriyyətini təşkil edir. Bunlar, Kərgəkrüd, Əsalem, Talış-Dolab, Şandərmin və Masaldır.
2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı xalqdır.
Talışların sayının tarixi dinamikası müəyyən qədər dolaşıq və mübahisəli məsələ hesab edilir. Belə ki, tarixdə ilk dəfə XIX əsrin 60-cı illərində müasir Azərbaycan ərazisinin Talış bölgəsində, talış dilinin 142 kənddə üstünlük təşkil edildiyi qeyd olunur.[27] Lakin bu əsas say göstəricisi hesab edilmir. Talışların sayına dair ilk yazılı mənbəyə Nikolay Karloviç Zeydlisin 1870-ci ildə Tiflisdə çap olunan "Списки населенных мест Российской империи" əsərində rast gəlinir.[28] Bu məlumatda qeyd olunur ki, Lənkəran qəzasında yaşayan talışların sayı 34,4 min nəfərdir.[28] Sonrakı illərdə dövrün siyahıyaalmalarının nəticələrinə əsasən talışların sayı artmağa doğru dəyişir. Belə ki, 1880-ci il siyahıyaalmaya görə onların sayı 39,2 min,[29] 1886-cı ilin siyahıyaalma məlumatına görə isə 47,3 min nəfər təşkil etmişdir.[30] Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində siyahıyaalma materiallarında talışların sayının kütləvi azalması müşahidə olunur. 1897-ci il siyahıyaalmasına əsasən Lənkəran qəzasında ana dili talışca olan 34.991 nəfər əhali yaşayır. Sonrakı siyahıyaalmada say bir daha artmağa doğru dəyişir və 1926-cı ildə etnik kökənə görə aparılmış siyahıyaalınma məlumatına əsasən Azərbaycan ərazisində 77.323 nəfər talışın yaşadığı göstərilir. Talışların sayının bu dövrdə kəskin şəkildə artması diqqəti çəkən cəhətlərdən biri olsa da talışdilli əhalinin sayı heç də milliyyətcə talış kimi qeydə alınanların sayından az deyildi. Bütün SSRİ-də 80.624 nəfər, Azərbaycan SSR-də isə 80.600 nəfərin ana dili talış dili olaraq göstərilirdi. Hətta, ana dili talış dili olan 3 min nəfər "türk" kimi qeydə alınmışdı.[31] 30 illik dövrdə (1897–1926 cı illər) talışdilli əhalinin sayı 2,3 dəfə artmış və Azərbaycanın etnik tərkibində onların xüsusi çəkisi 2 dəfəyə yaxın yüksəlmişdi. Nəticədə talışlar, ruslardan və ermənilərdən sonra 3-cü etnik azlığa çevrildilər.[31] Siyahıyaalma nəticəsinə əsasən Lənkəran qəzasında bu 30 illik dövrdə azərbaycanlıların sayı 31,1%, bütövlükdə isə bu qəzanın müsəlman əhalisinin sayı 57,3% artmışdı. Yəni, azərbaycanlıların sayının artım tempi talışlardan 7 dəfə geri qalırdı.[31]
Azərbaycan əhalisinin 1931-ci il siyahıaalmasına əsasən talışların sayı təxminən 90 min nəfər təşkil edir.[32] 1937-ci il Ümumi ittifaq siyahıalınmasının nəticələrində qeyd olunan məlumata əsasən talışların sayı 100 minə çatır.[33] Lakin sonrakı siyahıyaalınmalarda artıq talışlar etnos kimi qeydə alınmamağa başlayır və 1939-cu ildə aparılmış siyahıyaalınmada ciddi azalma müşahidə olunur. 1939-cu il siyahıyaalması Azərbaycanda 87.510 nəfər talışın yaşadığını göstərir və onlar Azərbaycan ərazisində yaşayan ümumi əhalinin 2,7%-ni təşkil edir. 1959-cu ildə aparılmış rəsmi siyahıyaalınmada Azərbaycan ərazisində yaşan talışların sayı kütləvi sürətdə azaldılır və respublika üzrə cəmi 85 nəfər talış qeydə alınır.[34] Buna səbəb, 1959-cu ilin əhali sayımında bütün talışlar azərbaycanlı kimi qeydə alınmışdılar. Artıq onlar bir etnos kimi rəsmi sənədlərdə göstərilmirdi. Bununla yanaşı bütün tatlar da azərbaycanlı kimi qeydə alınmışdılar. Yalnız tatdilli dağ yəhudiləri (5,9 min nəfər) tat kimi qeydə alınmışdılar.[31]
1970 və 1979-cu illərdə aparılmış siyahıyaalmalarda talışlar azərbaycanlı olaraq siyahıya alınırlar.[35] Eyni zamanda bu tatlara da aid idi. Lakin hər iki xalq bütovlükdə assimilyasiya edilsə də, daha çox kompakt yaşadıqları və daha çox yaxın qohumlarla evliliklərə görə ana dillərini və etnik kimliklərini qoruyub saxlayırdılar.[31] Bu əsas amilə görə SSRİ 1970-ci ildə ittifaq üzrə talış dilində danışanların sayını təqribən 110.000 nəfər olaraq qeyd edir.[36] Dünya dilləri haqqında ən zəngin məlumat bazalarından biri olan Ethnologue 1978-ci ildə gerçəkləşdirdiyi IX nəşrində, talış dilində danışanların sayını təqribən 20–50 min nəfəri İranda, 89 min nəfəri isə Azərbaycan SSR–də olmaqla cəmi 109 minlə 139 min arası dəyişdiyini təxmin etmişdir.[37]
Yalnız 1989-cu il Ümumi ittifaq siyahıalınmasından sonra talışlar yenidən bir etnos kimi qeyd olunmağa başlanır. Bu əhali sayımında SSRİ milliyyətləri siyahısına talışlar və daha dörd milliyət əlavə edildi. Bu dörd milliyyət, Latviyada yaşayan və həmişə latış kimi qeydə alınan livlərdən (226 nəfər), Sibirdə yaşayan çuvanlardan (1511 nəfər), en (209 nəfər) və orok (190 nəfər) adlı azsaylı etnik qruplardan ibarət idi. Siyahıyaalınmaya əsasən Azərbaycanda 21.169 nəfər özünü talış adlandırdı.[38]
İnzibati-ərazi vahidi | 1939 sa. | 1959 sa. | 1999 sa. | 2009 sa. |
---|---|---|---|---|
cəmi | 87 510 | 85 | 76 841 | 111 996 |
Lənkəran rayonu | 31 487 | … | 25 740 | 51 125 |
Astara rayonu | 23 047 | 2 | 5 691 | 38 207 |
Masallı rayonu | 10 423 | … | 36 767 | 15 675 |
Lerik rayonu | 20 984 | … | 7 076 | 2 281 |
Cəlilabad rayonu | 39 | … | … | 24 |
Şirvan şəhəri | 13 | … | 2 | … |
digər | 1 370 | 83 | 1 565 | 4 684 |
Talışlar talış dilində danışırlar.[51] Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Slavyan (rus, belorus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur.[52]
Talış dili haqqında rusca ilk məlumata Straçevskinin 1848-ci ildə Peterburqda nəşr edilmiş "Ensiklopedik məlumat lüğəti"("Справочный энциклопедический словарь") əsərinin X cildində rast gəlinir. Əsərdə deyilir:
Talış ləhcəsi fars dilinin altı əsas ləhcəsindən biridir, Talış xanlığında işlədilir və ola bilsin ki, buralar həmin dilin vətənidir. Özünün istər qrammatik, istərsə leksikoqrafık formalarına görə bu dil hissediləcək şəkildə başqa ləhcələrdən uzaqlaşır. Onun qrammatik formaları, fars dilinə məxsus "u" yaxud "un" cəm şəkilçisinin artırılması istisna edilərsə, özünəməxsusdur və nə pəhləvi, nə də hər hansı digər dildən törəməmişdir. Bu dil bütün nisbi əvəzlikləri isimdən əvvəl qoyur və əvəzliklərin özləri də onda orijinaldır[15]
Talışlarla çox yaxın dildə danışan və etnik olaraq müəyyən mütəxəssislər tərəfindən gah talışlara, gah da tatlara aid edilən kiçik etnik qruplar:
İslamdan əvvəl Zərdüştilik dininə sitayiş ediblər.
XI əsrin sonlarına yaxın İran əhalisi ilə birlikdə demək olar ki, talışların da əksəriyyəti müsəlmanlığı qəbul etmişdi. İslamın yayılmasından sonra İran əhalisi Səfəvilərə qədər əsasən sünniliyin şafii və hənəfi məzhəbinə mənsub idi.[64] IX–XIV əsrlərdə İranın şimal bölgələri olan Təbəristan və Gilan, Xəzər dənizi ilə Elburs silsiləsi arasında bir sıra ərazilərdə şiəlik yayılmağa başladı. Talış ərazilərində əsasən zeydilik təriqəti geniş yayılmışdı. İranda ilk və ən güclü zeydi əmirliyi Təbəristanda 864–928-ci illərdə mövcud olmuşdur.[65]
Hazırda talışların əksəriyyəti şiə müsəlmanıdır. İranda yaşayan talışların bir qismi sünnidir.
Талыши (самоназвание — талуш, множественное число — талышон), народность. Живут на крайнем Ю.-В. Азербайджанской ССР и на С. Ирана. Говорят на талышском языке; в СССР почти все Талыши знают также и азербайджанский язык, служащий литературным языкомТалыши Верующие — мусульмане-шииты. В СССР Талышипочти слились с азербайджанцами, которым очень близки по материальной и духовной культуре, поэтому не выделены в переписи 1970. По происхождению Талыши — потомки местных аборигенных племён. Основа хозяйства —земледелие (рис, цитрусовые, овощеводство, садоводство); развито и скотоводство, особенно в горах. Много Талыши занято в промышленности. Среди Талыши, живущих в СССР, имеется значительная прослойка интеллигенции. В Иране Талыши(около 70 тыс. чел.; 1972, оценка) занимаются земледелием, садоводством и скотоводством.