Yohanna Bayştayner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yohanna Bayştayner
Doğum tarixi 20 fevral 1976(1976-02-20) (48 yaş)
Doğum yeri
Fəaliyyəti gitaraçı, klassik gitaraçı[d]
Fəaliyyət illəri 1992-ci ildən
beisteiner.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohanna Bayştayner (alm. Johanna Beisteiner‎; 20 fevral 1976, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Avstriyalı klassik gitaraçı[1].

Bioqrafiyası

Yohanna Bayştayner doqquz yaşında Viner Norştatda Yosef Matias Hauverin adına musiqi məktəbində musiqi öyrənməyə başlayır. 1992-ci ildə Vyana Musiqi və Səhnə Sənətləri Universitetinə gitara sinifini bitirir. Bundan əlavə Bayştayner musiqişünaslıq ixtisası üzrə təhsil alır və 2005-ci ildə "Fiqurlu konkisürmə, sinxron üzgüçülük və bədii gimnastikada klassik musiqi" (alm. Kunstmusik in Eiskunstlauf, Synchronschwimmen und rhythmischer Gymnastik‎) adlı doktorluq dissertasiyasını müdafiə edir.

Yohanna Bayştayner ilk günlərdən bu günə qədər geniş bir repertuara sahibdir. Xüsusilə bəstəkar Robert Qulya, Ruben Paçe və Eduard Şafranskinin əsərlərinin dünya premyeralarını səsləndirir[2]. Gitaraşı ayrıca öz əsərlərini də bəstələyir və ifa edir. Bayştayner Soçi Simfonik Orkestri, Malta Filarmoniya Orkestri, Macarıstan Radio Simfonik Orkestri, Qraz Kamera Filarmoniyası, Budapeşt Simli Kamera Orkestri və dirijorlar Oleq Soldatov, Mişel Kastelletti, Bela Draxoşom, Axim Golubtin və rəqqas Rafael ramires ilə əməkdaşlıq etmişdir.

2017-ci ildə Bayştayner Malta Milli kitabxanasının yanında Manoel Teatrında konsert vermək üçün Valletta Beynəlxalq Barok Musiqi Festivalına dəvət edilir.

Yohanna Bayştayner madridli usta Paulino Bernabenin konsert gitarasında çalır.

Mükafatlar və fəxri adlar

2008: Konkordiya teatrının 200 illik kristal kuboku, (Monte Kastello di Vibio, İtaliya.) 2011: Almaniyanın Berlin şəhərindəki Hoenşyonhausen Qalasının Fəxri Üzvlüyü. 2016: Teatr della Konkordiya 2016-nın Minkusun Don Kixot baletinin mövzusundakı Fantaziya əsərinə görə mükafatları.

Diskoqrafiya

CD-lər

  • Dance Fantasy (2001)
  • Salon (2002)
  • Between present and past (2004)
  • Virtuosi italiani della chitarra romantica (2007)
  • Austrian Rhapsody (2012)
  • Don Quijote (2016)

DVD-lər

  • Live in Budapest (2010)

Bədii filmlər üçün musiqi

Truce/Atəşkəs (ABŞ 2004, rejissor: Metyu Markoni)[3],

S. O. S Love!/S. O. S. Sevgi! (Macarıstan 2007, rejissor: Tamas Şaş)[4]

İstinadlar

  1. Johanna Beisteiner, Konzertgitarristin Arxivləşdirilib 2014-12-23 at the Wayback Machine Биография Йоганны Байштайнер на сайте Kultur Tirol. 2011 г
  2. "Мировые премьеры". 2017-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  3. Truce Arxivləşdirilib 2019-06-02 at the Wayback Machine IMDb. 2005.
  4. S. O. S. Love! Arxivləşdirilib 2019-06-15 at the Wayback Machine IMDb. 2007.