Yusif Qasımov (20 Yanvar şəhidi)
Naviqasiyaya keç
Axtarışa keç
Yusif Qasımov | |
---|---|
Yusif İbrahim oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Yusif İbrahim oğlu Qasımov — 20 yanvar şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
1948-ci ildə Naxçıvan şəhərində anadan olub. «Şərur» kafesinin sahibi olub[mənbə göstərin].
Şəhid olması[redaktə | mənbəni redaktə et]
Yanvarın 19-da saat 23:00-da dostunun maşınında qızı Nigarın rəfiqəsigilə gedirmiş. «Xəzər» kinoteatrının yanında heç bir səbəb olmadan maşın atəşə tutulmuş, Yusif sağ qulaq nahiyəsindən yara almış, 2 gündən sonra qohumları meyidini mərkəzi meyidxanadan tapmışlar.
Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan[redaktə | mənbəni redaktə et]
Bu ünvanda yaşamışdır: Bakı, Malıgin küçəsi, 8, mənzil 5.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
- Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
- Şəhidlər Xiyabanında dəfn olunanlar
İstinadlar[redaktə | mənbəni redaktə et]
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.