Zahid Abdullayev
Naviqasiyaya keç
Axtarışa keç
Zahid Abdullayev | |
---|---|
Zahid Abdulla oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Yataqoba kənd qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Abdulla |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
Zahid Abdullayev (tam adı: Zahid Abdulla oğlu Abdullayev; 5 mart 1959, Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuşdur.[2] Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləmişdir. Həmin zavodda işləyən Zeynəb Abdullayeva ilə ailə həyatından Ramil və Tural adlı oğulları və Ramilə adlı qızı yadigar qalmışdır.[3]
Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]
Səlyan kazarması istiqamətində başından aldığı güllə yarasından həlak olmuşdur.[1]
Xaçmaz rayonunun Yataq-oba kənd qəbiristanlığında dəfn edilmişdir.
Ünvanı[redaktə | mənbəni redaktə et]
Bakı, Profsoyuznaya küçəsi 97, mənzil 106.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
Doğulduğu kənddə yerləşən tam orta məktəb onun adını daşıyır.
Qeyd[redaktə | mənbəni redaktə et]
- ^ Rafiq Səməndər öz kitabında hadisənin avtobusun xaricində, Qulu Kəngərli isə avtobusun daxilində olduğunu qeyd etmişdir.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
- Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- ↑ "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.