Zahid Abdullayev

Zahid Abdullayev (tam adı: Zahid Abdulla oğlu Abdullayev; 5 mart 1959, Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Zahid Abdullayev
Zahid Abdulla oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Yataqoba kənd qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Abdulla
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə

Həyatı[redaktə | mənbəni redaktə et]

1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuşdur.[2] Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləmişdir. Həmin zavodda işləyən Zeynəb Abdullayeva ilə ailə həyatından Ramil və Tural adlı oğulları və Ramilə adlı qızı yadigar qalmışdır.[3]

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

Səlyan kazarması istiqamətində başından aldığı güllə yarasından həlak olmuşdur.[1]

Xaçmaz rayonunun Yataq-oba kənd qəbiristanlığında dəfn edilmişdir.

Ünvanı[redaktə | mənbəni redaktə et]

Bakı, Profsoyuznaya küçəsi 97, mənzil 106.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Doğulduğu kənddə yerləşən tam orta məktəb onun adını daşıyır.

Qeyd[redaktə | mənbəni redaktə et]

  1. ^ Rafiq Səməndər öz kitabında hadisənin avtobusun xaricində, Qulu Kəngərli isə avtobusun daxilində olduğunu qeyd etmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  3. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]