Zikri Ərdəbili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zikri Ərdəbili
Doğum tarixi 1790
Doğum yeri
Vəfat tarixi XIX əsr
Fəaliyyəti şair
Vikimənbənin loqosu Zikri Ərdəbili Vikimənbədə

Zikri Ərdəbili (1790, اردبیلXIX əsr) — Azərbaycan şairi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zikri Ərdəbili Azərbaycanın istedadlı şairlərindəndir. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə Ərdəbil şəhərində anadan olmuşdur. Zikrinin əsl adı İbrahim, atasının adı Həsəndir.[1][2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanandələr tərəfindən oxunmuşdur. Şeirləri 20 cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildində (1988) çap olunmuşdur.[3]

Şeirindən nümunə[redaktə | mənbəni redaktə et]

Nümunə:[1]

Ey səba, bu ərzimi ərz etgilən cananıma,
Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,
Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.
Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,
Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.


Cadu gözünə rahibü tərsa nə münasib?
Əyri qaşına taği-kəlisa nə münasib?

Derlər mənə Məcnun, sənə Leyla eşidənlər,
Məcnun mənə nisbət, sənə Leyla nə münasib?

Can istərisən, eylə bir iyma, verim, amma
Göytar olan heynidə iyma nə münasib?

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Əsgərli, 2005. səh. 68
  2. Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası, 1994. səh. 54
  3. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Mənbə[redaktə | mənbəni redaktə et]