Zikri Ərdəbili (1790, Ərdəbil – XIX əsr) — Azərbaycan şairi.
Zikri Ərdəbili | |
---|---|
Doğum tarixi | 1790 |
Doğum yeri |
|
Vəfat tarixi | XIX əsr |
Fəaliyyəti | şair |
Zikri Ərdəbili Vikimənbədə |
Zikri Ərdəbili Azərbaycanın istedadlı şairlərindəndir. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə Ərdəbil şəhərində anadan olmuşdur. Zikrinin əsl adı İbrahim, atasının adı Həsəndir.[1][2]
O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanandələr tərəfindən oxunmuşdur. Şeirləri 20 cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildində (1988) çap olunmuşdur.[3]
Nümunə:[1]
Ey səba, bu ərzimi ərz etgilən cananıma,
Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,
Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.
Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,
Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.
Cadu gözünə rahibü tərsa nə münasib?
Əyri qaşına taği-kəlisa nə münasib?
Derlər mənə Məcnun, sənə Leyla eşidənlər,
Məcnun mənə nisbət, sənə Leyla nə münasib?
Can istərisən, eylə bir iyma, verim, amma
Göytar olan heynidə iyma nə münasib?