Zuvand qaraşəngi
Zuvand qaraşəngi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zuvand qaraşəngi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3-4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır. [3][4]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir. [4]
Yayılması[redaktə | mənbəni redaktə et]
Diabardır. [4]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın ehtiyatı məhddudur və azalmağa meyl göstərir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Antropogen təsirlərdir (tapdalanma).
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Antropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
Bu məqalə qaralama halındadır. |