Aleksandr Qrossheym

Aleksandr Qrossheym (rus. Александр Альфонсович Гроссгейм) — sovet botaniki, biologiya elmləri doktoru (1935), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Elmlər Akademiyasının akademiki (1946), SSRİ Dövlət mükafatı laureatı (1948).[3]

Aleksandr Qrossheym
rus. Александр Альфонсович Гроссгейм
Doğum tarixi 23 fevral (6 mart) 1888
Vəfat tarixi 4 dekabr 1948(1948-12-04)[1][2] (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Literatorski mostki[d]
Elm sahələri botanika, Filogenetika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı

Aleksandr Qrossheym 6 mart 1888-ci ildə Yekaterinoslavski quber­niya­sının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Ali təhsilini Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin Biologiya bölməsində almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aleksandr Qrossheym 1913-1926-cı illərdə Tbilisi Botanika Bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafed­rasında assistent və dosent vəzifələrində işləmişdir. Elmi -pedaqoji fəaliyyətini 1927-ci ildən Bakıda davam etdirəm Qrossheym 1927-1929-cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1929-cu ildə professoru, 1930-1934-cü illərdə Azər­baycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə isə Azərbaycan Dövlət Uni­versitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri olmuşdur.

Aleksandr Qrossheym 1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illər­də isə Botanika İnstitutunun ilk direk­toru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Bota­nika İsti­tutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfolo­giyası kafedrasına rəhbərlik etmişdir.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A.A. Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə Respublikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Herbari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və strukturu işlənib hazırlanmışdır. Əsas tədqiqatı Qafqazın florası, bitki örtüyü və bitki ehtiyatlarınin öyrənilməsinə həsr olunmuşdur. A. A. Qrossheymin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur.[4] 300-dək yeni növ təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 200-dən çox elmi əsərinin yarısı Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur. Qrossheym örtülütoxumluların orijinal filogenetik sistemini irəli sürmüşdür.[5]

  • "Qafqaz florası" (1928–1967, VIII cildli)
  • "Azərbaycan florası" (1934–1936, III cildli)
  • "Qafqaz florasının analizi" (1936)
  • "Qafqazın bitki ehtiyatları" (1946)
  • "Qafqazın bitki örtüyü" (1948)
  • "Qafqaz bitkilərinin təyinedicisi" (1949)
  • "Qaf­qazın müda­fiəsi" medalı
  • "Qırmızı əmək bayrağı" ordeni
  • Rusiya Coğrafiya Cə­miy­yəti­nin qızıl medalı (1932)
  • "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşa­dətli əməyə görə" medalı
  1. 1 2 Гроссгейм Александр Альфонсович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Aleksandr Aljfonsovič Grossgeim // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. "Qrossheym Aleksandr Alfonsoviç" (Azərbaycan). science.gov.az. 2023-01-16 tarixində arxivləşdirilib.
  4. "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  5. Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh. 246–247