"Bu Şəhərdə" Prodakşn

"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum.

2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.

Rafael İsgəndərov — aktyor. Coşqun Rəhimov — aktyor. Müşfiq Abbasov — direktor və ssenarist. Ramil Nuriyev — prodüser. Cavid Abbasov — prodüser. Maqsud Məmmədov — qrim. Emin Hadıyev — STS rejissoru.

  1. Bomba (film, 2005)
  2. Moskva-Bakı qatarı (film, 2005)
  3. Ci-Mi (film, 2008)
  4. Şabaş (film, 2020)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]