"D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir. Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1970-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İstitutunun əsas binası olmuşdur.
"D" korpusu | |
---|---|
rus. Корпус «Д» ТРТИ | |
47°12′08″ şm. e. 38°56′06″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1970 |
"D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir[1]. 3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi.
Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə[2] inşa işləri tam bitmişdir. Auditoriya hissəsi və idman zalı 20 may 1970-ci ildə[3] istismara verilmişdir.
1974-cü ildə "D" korpusunun binasının fasadında bir memorial lövhə quraşdırılmışdır. Burada yazılır: "RSFSR Nazirlər Sovetinin 23 aprel 1974-cü il № 253 əmri ilə Taqanroq Radiotexnika istitutunun adı Valeri Dmitrieviç Kalmıkovun adı verilmişdir"[4].
2014-cü ilin aprelində "D" korpusunda federal innovatorların görüşü keçirilmişdir[5]
16 noyabr 2014-cü ildə "D" korpusunun önündə memorial lövhə qoyulmuşdur. Lövhə Cənub Federal Universitetinin ilk rektoru Vladislav Qeorqieviç Zaxareviçin[6][7] şərəfinə qoyulmuşdur.