"Fəxri proletar" döş nişanı

Fəxri Proletar Döş NişanıAzərbaycan SSR-in ilk dövlət mükafatı[1].

"Fəxri proletar" döş nişanı

Ölkə
Tip döş nişanı
Statistika
Təsis tarixi 1920
Ləğv tarixi 1921

1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur[1].

Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə).

Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır.[2]

Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı.[3]

Təltif olunanlar

[redaktə | mənbəni redaktə et]

Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.

1920–1921-ci illərdə təxminən 20 nəfər Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə bu mükafatla təltif edilmişdir[1].

  1. 1 2 3 "Deputatın döş nişanının mənası nədir? - TƏHLİL". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
  2. "Azərbaycan SSR-in ordenləri, medalları və döş nişanları — files.preslib.az saytı" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-27.
  3. Санубар Касимова. Фалеристика Азербайджана первой половины XX века, "İRS- Наследие", № 3, 2009 г., s. 24–28.