Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur:
İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb.
Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı.[1] Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.[2]
Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər."[3][4] Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.[5]
Ultimatum oyunu Hobson seçimi şəklindədir.
İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıb[6]
Bu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində[7] və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub.
"Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur. Hobson seçimi nə isə və ya heç nə arasında seçimdir.
1951-ci ildə Robert Haynlaynın yazdığı "Planetlər arası" kitabında baş obraz olan Don Harvey səhvən Robson seçimi etməli olduğunu qeyd edir. Belə ki, Don Yer orbiti stansiyasında olarkən, Marsda yaşayan valideynlərinin yanına getməli olur, lakin olduğu yerdən yalnız Yerə və ya Venera planetinə uçuş var idi.
Hobson seçimi aşağıda qeyd olunanlardan fərqlidir:
Ümumi səhvlərdən biri də "Hobson seçimi" yerinə "Hobbes seçimi" ifadəsinin istifadə olunmasıdır, bu da öz növbəsində filosof Tomas Hobbesi çox da tanınmayan Tomas Hobson ilə qarışdırmağa gətirib çıxardır.[8][9][10][11][12] Bu qarışıq istifadəyə baxmayaraq, "Hobbes seçimi" ifadəsi tarixən düzgün deyil.[13][14][15]
Hobson seçimi 1915-ci ildə Harold Brighouse tərəfindən qələmə alınmış tam versiyalı komediya səhnəsidir. Tamaşanın sonunda baş obraz və əvvəllər varlı, güclü, lakin indi xəstə və taqətsiz olan Henry Horatio Hobson heç də xoş olmayan bir ehtimalla üzləşir. Belə ki, o, digər qızları tərəfindən imtina edildiyi üçün, yalnız öz şəxsi biznesinin idarəsini qızlarından biri olan Maggieyə və onun həyat yoldaşı Uillə verməyi qarşılığında, onlar tərəfindən himayəyə götürülməyi seçimi qarşısında qalır.
Tamaşa əsasında müxtəlif filmlər çəkilmişdir:
Alfred Besterin 1952-ci ildə ərsəyə gətirdiyi "Hobson seçimi" adlı qısa hekayəsində zamanda səyahətin mümkün olduğu dünya təsvir olunur və seçim fərdin öz doğma zamanında qalması və ya səyahət etməsidir. Bram Stokerin "Siçovulların Dəfni" adlı qısa hekayəsində yazıçı özünün də canilər tərəfindən təqib olunan zaman Hobson seçimi halı ilə qarşılaşdığı barədə məlumat verir. Hekayə, təxminən, 1874-cü ildə yazılmışdır. Fransız yazıçı Honore de Balzacın qələmə aldığı Le Pere Goriot romanının ən yadda qalan sətirlərindən biri Vautrinin Eugeneyə "Bu halda, mən sənə heç kimin imtina edə bilməyəcəyi təklif edəcəm" dediyi hissədir. Bu deyim Mario Puzo tərəfindən "Xaçatası" romanında(1969) və filmində(1972) yenilənərək istifadə olunmuşdur; "Mən ona rədd edə bilməyəcəyi təklif edəcəm." Bu sətir Amerikan Film İnstitutu tərəfindən 100 ilin 100 Kino Sitatları arasında 2-ci ən mühüm film sitatı kimi dəyərləndirilib. Robert Soyerin 1995-ci ildə yazdığı "Sınaq Terminalı" adlı elm fantastika romanı "Hobson seçimi" başlığı altında seriallaşdırılıb.