"Kino-Mədənçi" Studiyası

1924-cü ildə kinematoqrafın maddi bazasını möhkəmləndirmək məqsədilə Dağ-Mədən Fəhlələri Şurası və Dövlət Kinofabrikası "Kino-Qornyak" birgə müəssisəsini yaratdı[1]. Sənədli filmlərlə yanaşı "Kino-Mədənçi" AFKİ ilə birlikdə 2 bədii film də istehsal etdi: "Mədənçi-Neftçi İstirahətdə və Müalicədə" (1924), "Əvəz-əvəzə" (1925). Kino-Mədənçi sərbəst şəkildə 3 il fəaliyyət göstərir və 1927-ci ildə Dövlət Kinofabrikinin tərkibinə qatılır.

  1. 1 may 1925-ci il (film, 1925) (qısametrajlı sənədli film)
  2. 1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925) (qısametrajlı sənədli film)
  3. Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
  4. Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
  5. Belçika fəhlə nümayəndə heyəti Bakıda (film, 1926)
  6. Əvəz-əvəzə (film, 1925)
  7. Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)
  8. Mədənçilər İttifaqının 20 illiyi (film, 1927)
  1. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 28.

Azərbaycan filmlərinin siyahısı