Ümumittifaq Lenin komsomolu mükafatı (rus. Премия Ленинского комсомола) — komsomol üzvlərinə, eləcə də kollektiv və təşkilatlara elm, texnologiya, istehsal, mədəniyyət sahələrindəki yüksək nailiyyətlərinə görə, həmçinin Ümumittifaq sosializm yarışılarıda ən yüksək nailiyyət əldə etmiş yaradıcı təşəbbüs göstərən gənclərə verilən mükafat.
Lenin komsomolu mükafatı | |
---|---|
rus. Премия Ленинского комсомола | |
|
|
Ölkə | SSRİ |
Tip | mükafat |
Kimə verilir | elm, texnologiya, istehsal, mədəniyyət sahələrində nailiyyət qazanan şəxslərə |
Təltif edir | |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 28 mart 1966 |
Ləğv tarixi | 1991 |
İlk təltif |
|
Son təltif |
|
Ardıcıllıq | |
Yüksək mükafat | SSRİ Dövlət mükafatı |
Aşağı mükafat | SSRİ Nazirlər Sovetinin mükafatı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mükafat ÜİLKGİ Mərkəzi Komitəsinin 28 mart 1966-cı il tarixli qərarı ilə təsis edilmiş və əvvəlcə ədəbiyyat, incəsənət, jurnalistika və memarlıq sahəsində nailiyyətlər əldə edən şəxslərə verilirdi. Sonradan mükafat digər sahələr üzrə də təqdim edilməyə başlandı.[1]