"Nina" mətbəəsi (film, 1963)

"Nina" mətbəəsi — Azərbaycanda inqilab tarixinə həsr edilmiş qısametrajlı sənədli film.

"Nina" mətbəəsi
Janr tarixi
Rejissor İsmayıl Xəlilov
Ssenari müəllifi A.Tarasov
Operator Zaur Məhərrəmov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1963
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1963
Texniki məlumatlar 2 hissə
515 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Kinooçerk Azərbaycanda inqilab tarixinə həsr olunmuşdur. Filmdə tarixi sənədlər, fotoşəkillər, köhnə kinoxronika kadrları əsasında gizli "Nina" mətbəəsinin fəaliyyəti əks etdirilir. Bu mətbəənin işi "İskra" bolşevik qəzetinin çap edilməsi və yayılması ilə sıx bağlı olmuşdur.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1)1964-cü ildə Leninqradda(indiki Sankt-Peterburq) I Ümumittifaq Kinofestivalı
  • Film SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının I dərəcəli diplomuna layiq görülmüşdür.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: İsmayıl Xəlilov
Ssenari müəllifi: A. Tarasov
Operator: Zaur Məhərrəmov
Multiplikasiya üzrə operator: Aleksandr Milov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.