"Nuhçıxan" radiosu

"Nuhçıxan" radiosuNaxçıvan Dövlət Universitetində fəaliyyət göstərən radio[1].

"Nuhçıxan" radiosu
Ölkə Azərbaycan Azərbaycan
Tezlik Naxçıvan
Başlama tarixi 20 iyul 2011
Sahibi Naxçıvan Dövlət Universiteti
Sayt "NUHÇIXAN" RADİOSU

Tarixi[redaktə | mənbəni redaktə et]

"Nuhçıxan" radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlamışdır[2].

Yaradıcı heyəti[redaktə | mənbəni redaktə et]

Radionun yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir[2].

Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir[2].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır[2].

Yayım ərazisi[redaktə | mənbəni redaktə et]

Hazırda "Nuhçıxan" radiosu "Universitet Televiziyası" ilə birlikdə Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatında 5 km radiusunu əhatə edən ərazidə yayımlanır[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunub Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. muallim.edu.az, 28.09.2012  (az.)
  2. 1 2 3 4 "NUHÇIXAN" RADİOSU Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. ndu.edu.az  (az.)
  3. UNİVERSİTET TELEVİZİYASI Arxivləşdirilib 2017-06-28 at the Wayback Machine. ndu.edu.az  (az.)