"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
"Priazovski kray" qəzetinin redaksiya binası | |
---|---|
rus. Здание редакции газеты «Приазовский край» | |
47°13′05″ şm. e. 39°42′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Vikianbarda əlaqəli mediafayllar |
Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur[2].
Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir. Dam örtüyü az meyililiyi ilə seçilir. Binanın fasad hissəsi klassizm stilinə sahibdir. Onun fasadında əsas fərqləndirici element pəncərələridir. İkinci mərtəbədə yerləşən pəncərələr üçbucaq arkaya sahibdir. Eyvanlarında metal məhəccərlər vardır. Faadında dekotativ işləmələr mövcuddur.
Binabın fasadında iki memorial lövhə quraşdırılmışdır. 1968-ci ildə bura vurulmuş lövhədə yazılır:
Burada «Priazovski kray» qəzetinin redaksiyasında 1896—1898 illərdə yazıçı Aleksadr Serafimoviç (Popov) (1863—1949) fəaliyyət göstərmişdir |
1978-ci ildə binanın fasadına vurulan ikinci memorial lövhədə yazılır:
Burada «Priazovski kray» qəzetinin redaksiyasında 1893—1895 illərdə yazıçı Svirsko Aleksey İvanoviç (1865—1942) fəaliyyət göstərmişdir |