"Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR)

Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Əmək Bayrağı ordeni

Qırmızı əmək bayrağı ordeni — 1920-ci ildən 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni də olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan fərqlənənlərə yalnız SSRİ orden və medalları verilib.

Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Əmək Bayrağı ordeni 1922-ci ildə təsis edilib. 1933-cü ilə qədər 300-ə yaxın insan bu ordenlə təltif olunub. Həmin vaxt Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edildiyinə görə ordenin üstü latın qrafikası ilə yazılıb.

Qeyd edək ki, 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən də Qırmızı Əmək Bayrağı ordeni olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan hamıya yalnız ümumittifaq miqyaslı Qırmızı Əmək Bayrağı ordenləri verilib.

  • 1921-ci ilin iyununda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə "Qırmızı Əmək Bayrağı" ordeni təsis edilmişdir. Eskizinin müəllifi zabit M. Vlasov olan orden gümüşdən hazırlanmışdır və qırmızı rəngli mina qatı və qızıl suyu ilə işlənmişdir. Bakı zərgərləri tərəfindən hazırlanan ordenin mərkəzində döymə üsulu ilə oraq və çəkic təsvir edilmişdir. Ordenin aşağısında respublikanın gerbindən fraqment — aypara içərisində üzərində oraq və çəkic təsviri olan beşguşəli qırmızı ulduz təsvir edilmişdir.[1]

Yuxarıda mina qatı ilə işlənmiş lentin üzərində Azərbaycan dilində ərəb qrafikası ilə "Bütün dünyan işçiləri, birləşiniz! Dünyaya hakim zəhmət olacaqdır." Orden üç cərgə qızılı rəngli sünbüllərlə haşiyələnmişdir. sünbüllərin üzərində qırmızı mina qatı çəkilmiş qurşağın üzərində ərəb hərfləri ilə respublikanın adının "AİŞC" (Azərbaycan İctimai Şura Cümhuriyyəti) abreviaturu həkk olunmuşdur. 3 dekabr 1929-cu ildə Azərbaycan MİK "Qırmızı Əmək Bayrağı" ordeninin statutunu təsdiq etmişdir. Həmin vaxt bu ordenin təsvirində dəyişiklik edilmişdir. Ordenin yeni variantının müəllifi rəssam Beniamin Telenqater (Beno) olmuşdur.

Ordenin yeni nümunəsi də gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmişdir. Ölçüsü 5 x 4 sm olan ordenin mərkəzində beşguşəli trapesiyavari lövhənin üzərində fabrik, zavod və neft buruqları təsvir edilmişdir. Lövhənin korpusunun üzərində qızılı oraq və çəkic qabardılmışdır. Ordenin üzərində çarpazvari iki bayraq təsvir edilmişdir. Bayraqların dəstəklərinin arasındakı ağ mina özülünün üzərində Azərbaycanın emblemi olan qırmızı aypara içərisində beşguşəli qırmızı ulduz həkk olunmuşdur. Sağ tərəfdəki bayrağın üzərində Azərbaycan dilində "Bütün ölkələrin proletarları, birləşiniz!", sol tərəfdəki bayrağın üzərində isə respublikanın adının abreviaturu — ASSC (Azərbaycan Sovet Sosialist Cümhuriyyəti) sözləri yazılmışdır. Orden hər iki tərəfdən taxıl sünbülü, onun aşağısında palıd yarpaqları və nəhayət, pambıq qozaları ilə əhatələnmişdir. 1933-cü ilin sonlarında "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif dayandırılmışdır.

Bu ordenin 1929-cu il nümunəsi ilə təqribən 300 təltif qeydə alınmışdır.[2]

2007-ci ildə Nyu-York hərracında 18 min dollara satılıb.[3]

  1. Санубар Касимова. Фалеристика Азербайджана первой половины XX века, "İRS- Наследие", № 3, 2009 г., s. 24–28.
  2. "Azərbaycan SSR-in ordenləri, medalları və döş nişanları — files.preslib.az saytı" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-27.
  3. NYU-YORK HƏRRACINDA [ölü keçid]