"Qırmızı bayraq" ordeni (Azərbaycan SSR)

"Qırmızı bayraq" ordeniAzərbaycan SSR-in ilk dövlət mükafatı.[1][2]

"Qırmızı Bayraq" ordeni

Ölkə  Azərbaycan SSR
Tip orden
Status verilmir
Statistika
Təsis tarixi 1920
Ləğv tarixi 1925
İlk təltif
  • 1920
  • Mixail Yefremov
Son təltif
  • 4 aprel 1925
  • Semyon Puqaçyov
Təltif sayı 53 nəfər

1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir[1].

"Qırmızı bayraq" ordeni

Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır[1].

Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub[1].

Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir.

Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.

Ordenin yuxarı hissəsində üzərində türk dilində ərəb qrafikası ilə "Bütün ölkələrin proletarları, birləşin!" və rus dilində "Пролетарии всех стран, соединяйтесь!" sözləri yazılmış qırmızı bayraq yerləşdirilmişdir.[3]

Təltif olunanlar

[redaktə | mənbəni redaktə et]

Ordenlə 53 nəfər mükafatlandırılmışdır.

  1. 1 2 3 4 "Deputatın döş nişanının mənası nədir? - TƏHLİL". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
  2. "Azərbaycan SSR-in ordenləri, medalları və döş nişanları — files.preslib.az saytı" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-21.
  3. Санубар Касимова. Фалеристика Азербайджана первой половины XX века, "İRS- Наследие", № 3, 2009 г., s. 24–28.