"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır.[1] Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.[2]
Rəsmi saytı Arxivləşdirilib 2016-05-12 at the Wayback Machine