"Sərvan" nəğmələri

"Sərvan" nəğmələriGüney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər.[1] "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur:

Get, gələsən sağlığınan
Əldə bir cüt yaylığınan.
Bacın istər yaylığınnan
Sərvan, yarın istər sağlığınnan.

Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır.

"Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.

  1. Mətanət Maşallahqızı. "Təbriz folklorunda "Xına gecəsi" mərasimi nəğmələri". xalqcebhesi.az. 17 yanvar 2010. 2021-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2021.