Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat.[1] Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.[2]
1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio[3] tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.[1]
Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.[1]