Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 saniyə əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
"Azərbaycan Dünyası" Beynəlxalq dərgisi, "Dədə Qorqud" Milli Fondu iyirmi ilə yaxın bir müddətdir ki, "Vətən Övladı" layihəsini həyata keçirir. Bu müddət ərzində "Vətən Övladı" mükafatına bir çox vətəni üçün canından, sağlamlığından keçən Milli Qəhrəmanlar, ictimai-siyasi xadimlər, dövlət başçıları, dövlət xadimləri, mesenatlar, din xadimləri və ən əsası gördüyü işlərlə vətəninə, dövlətinə xeyri olan insanlar layiq görülmüşdür.
"Vətən Övladı" ordeni | |
---|---|
|
|
Ölkə | |
Tip | mükafat |
Ordenin Əsası titandır, örtük qızıldır və qiymətli daşlardan istifadə olunmuşdur.
Belə insanların arasında ölümündən sonra Azərbaycanın Milli qəhrəmanları Mübariz İbrahimov, Albert Aqarunov kimi qəhrəmanların adının çəkmək olar. Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenov, Azərbaycanın ictimai-siyasi xadimi Ziya Bünyadov, Dağıstan Respublikasının keçmiş prezidenti Muxu Qimbatoviç Əliyev, Tatarıstan Respublikasının keçmiş prezidenti Mintimer Şaymiyev, Ukrayna Respublikasının keçmiş prezidenti Leonid Daniloviç Kuçma, hörmətli akademik Arif Mir Cəlal oğlu Paşayev, Azərbaycan Respublikasının sabiq Müdafiə Naziri Səfər Əbiyev, Azərbaycan Respublikasının sabiq Daxili İşlər Naziri Ramil Usubov, Azərbaycanın Xalq Rəssamı Tahir Salahov, Xalq şairi Məmməd Araz (ölümündən sonra) və adları bu siyahıda sadalanmayan bir çox layiqli insanlar bu mükafata layiq görülmüşlər. Son təltif olunan Məmməd Səfa Qasımovdur.[1][2][3][4][5][6]