"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir.

"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
rus. Медаль «В ознаменование 100-летия со дня рождения Владимира Ильича Ленина»

Ölkə SSRİ SSRİ
Tip medal
Statistika
Parametrlər 32 millimetr diametrli bürüncdən dairə
Təsis tarixi 5 noyabr 1969-cu il
Təltif sayı 11 000 000 nəfərdən çox
Ardıcıllıq
Yüksək mükafat "Vətən müharibəsi partizanına" medalı
Aşağı mükafat “Əməkdə fərqlənməyə görə”
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təltif olunanlar

[redaktə | mənbəni redaktə et]

9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir.

Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir.

Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi.

Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir.

Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur.

Medalın kənarları bortla haşiyələnmişdir.