Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü.
Çığırğan cüllüt | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çığırğan cüllüt |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Nadirdir.
(CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir.
Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir [3].
Avropa, Asiya və Afrikada yayılıb [4]. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarında, Abşeron-Qobustanda [5][6][7][8][9], Naxçıvan MR-də Araz və Əlincəçay sahillərində rast gəlinir [10].
Çaylara, göllərə və subasarlara yaxın yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qeyri-müntəzəm qışlayan və miqrasiya dövründə müvəqqəti məskunlaşan növdür. Cücü və bitki yeyir [11][12].
Yaşayış yerlərinin meyvə-tərəvəz və texniki bitkilər altında istifadəsi və böyük sayda mal-qara otarılması bu quşu da sıxışdırır.
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Abşeron, Şirvan və Ordubad Milli Parkları, Dövlət Təbiət Yasaqlıqlarında optimal şəraiti var. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının (2007) Qırmızı kitablarına, Ramsar, Bern və Bonn konvensiyalarına, AEWA sazişinə daxil edilib.
Növün qorunmasının maarifçiliyi gücləndirilməlidir.