Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası.[1]
Səhra çiçəyi | |
---|---|
| |
Müəllif | Varis Dirie |
Janr | Həyat hekayəsi |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 1998 |
Tərcüməçi | Vüsalə Muxtarova |
Seriya | 345 |
Nəşriyyat | Qanun Nəşriyyatı (2014) |
Cild | Nazik |
Səhifə | 344 |
Tiraj | 1000 |
ISBN | ISBN 978-9952-26-711-2 |
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir![2]
Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir. Elə kitabın yazılmasının əsas səbəbi də dünyanın diqqətini Afrikada hələ də var olan bu adətə çəkmək və onunla mebarizə aparmaq idi. 13 yaşımda təsadüfən atasının onu 60 yaşlı kişiyə verməyə hazırlaşdığını eşidən Diriye evdən qaçır, paytaxt Moqadişoya tək başına gedib çıxır. Çətinliklərlə keçən bir neçə ildən sonra həyat onu Londana gətirib çıxarır...[3]
[https://web.archive.org/web/20181123105621/http://surakhani.cls.az/front/files/libraries/75/books/596360543.pdf Arxivləşdirilib 2018-11-23 at the Wayback Machine Dirie, Varis. Səhra çiçəyi: [roman] /Varis Dirie ; ingilis dilindən tərc. Vüsalə Muxtarova.-[Bakı]: [Qanun], [2014].-344 s.]