Çömçədan - mətbəx ləvazimatlarını saxlamaq üçün torba.[1]
Çömçədan Azərbaycanda uzunsov torba, üz tərəfi Zilinin toxunuş üsulu ilə toxunmuş, ancaq arxa tərəfi isə sadə palaz toxunuşuna bənzəyir. Onda qaşıq, çömçə, oxlov və digər bunlara bənzər məişət əşyaları saxlanılardı.[2] Çömçədan (Qaşıqdan) müxtəlif ölçülərdə toxunsada əsasən 15x35x40 olçülü çımçədana (qaşıqdana) daha çox təsadüf edilir.
Azərbaycanlılar tərəfindən "qaşıqdan" və ya "çömçədan" adlandırılan bu xalça məmulatını türkmənlər çömçə torba adlandırırlar.[3]