Çöpşəkillilər dəstəsi

Çöpşəkillilər (lat. Phasmoptera) — buğumayaqlılar tipinin açıqçənəlilər yarımfəsiləsinə aid olan dəstə.

Çöpşəkillilər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bu dəstənin nümayəndələri nisbətən iri, xeyli uzanmış, nazik, çöpşəkilli və ya enli yarpaqşəkilli bədənləri ilə səciyyələnir. Son formalar zahirən bitki yarpaqlarına bənzəyir, Görünür, bu, müdafiə məqsədi güdən bioloji əhəmiyyət daşıyır. Bütövlükdə çöpcüklərin qəribə formaları vardır ki, bu da onların mimikriya – ətraf muhitə uyğunlaşma qabiliyyətinin çox gözəl olduğuna dəlalət edir. Onların bədənində qoruyucu rənglər – yaşıl, qonur və boz üstünlük təşkil edir ki, bunlar da yaşadıqları bitki növlərinin rəngi ilə həmahəngdir. Başı – proqnatik, gözləri xırda, dəyirmidir. Erkəkdə ya 2-3 gözcük olur, ya da ümumiyyətlə olmur. Bığcıqları müxtəlif uzunluqda, çoxbuğumlu (8-dən 10-dək), sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici, zəif inkişaf etmişdir. Qanadları yoxdur və ya ön cüt arxa cütdən gödəkdir. Döş, aydın ayrılmış seqmentlərdən ibarətdir, ön döş qısa, orta və arxa döşlərin hər biri isə ondan uzundur. Ayaqları yeriş, eynicinsli, çox vaxt uzundur. Bütün pəncələri 5 buğumludur. Qarıncığın sonunda serklər vardır. Dişinin yumurtaqoyanı qısadır və qarıncığın qurtaracağında aşağı tərəfdə yerləşmişdir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Çöpcüklərin bütün nümayəndələri bitkiyeyən olub, ağaclarda, yovşan kollarında, şoranotunda, otların arasında yaşayır. Onlar azhərəkətlidir. Saplaqvari zahiri görünüşləri, yaşıl və ya qonur rəngləri onları çox vaxt təbiətdə sezilməz edir. Onları narahat etdikdə özlərini ölülüyə vururlar. İl ərzində bir nəsil inkişaf edir. Təbiətdə dişilərə erkəklərdən daha çox rast gəlinir və onlar partenogenetik çoxalmağa qabildirlər. Yumurtalar bir-bir qoyulur və nizamsız şəkildə torpağın üstünə səpələnir. Yumurta və ya sürfə mərhələsində qışlayır. Çevrilməsi tam deyil.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Yer kürəsində 2,5 minə yaxın, MDB-də 8, Azərbaycanda 1 növü məlumdur. Azərbaycanda yayılmış yeganə növ – Ramulus bituberculatus Retl. Lochodidae cinsinə aiddir. Rəngi bozdur. Şoranotu, yovşan kollarında tez-tez nəzərə çarpır, ətraf bitkiçiliyin fonuna tamamilə uyğun gəlir. Uzunluğu 52-80 mm-ə çatır. Tropik ölkələrdə bəzi çöpcük növləri meşələrin böyük sahələrini yarpaqdan məhrum edə bilər (Boqaçov, 1951).[2]

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbayvcanın heyvanlar aləmi. II cild. Bakı: Elm, 2004.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  2. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]