Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər:
1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar:
2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili;
3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı.
1983-cü ilin sonuna doğru ölkədə 300 min tamamilə işsiz vardı, məşğul sayılan əhalinin əhəmiyyətli hissəsi isə yoxsulluq həddində yaşayırdı. Sosial-siyasi mənada isə daha vacib olanı, nisbi yoxsulluqun artması idi. Verilən göstəricilərə görə ən aşağı qrupla ən yuxarı qrup arasında nisbət 1966-cı ildəki 1:36-dan, 80-ci illərdəki 1:45 qədər artmışdı. Gündəlik həyatda bu rəqəmlər mütləq təzahürünü şəhərlərdəki istehlakın təzadlarında tapırdı. Varlı kəsimin imtiyazlı istehlakı şəhər yoxsullarının hisslərinə təsir edirdi çünki həmin bu sadə adamların cibləri hesabına təmin olunan, spekulyativ aferalarla təmin olunurdu.
Bilavasitə qiyama bəhanə kimi M. Mzali hökumətinin çörək, makaron və yarma məmulatlarına olan subsidiyaları azaltmasını göstərmək olar. Subsidiyaların azalması qiymətlərin artmasında səbəb oldu. Qiymətlərin artırılması rayonlar üzrə getməli idi: 1983-cü ildə Tunisin cənubi hissəsində, 1984-cü ildə isə şimalda. Beləliklə qiyam cənubdan başlayaraq şimala tərəf, kiçik şəhərlərdən böyük şəhərlərə yayıldı və ümumilli miqyas aldı.