Çövenç - türk və altay mifologiyasında ölünün arxasından paylanan halva. Sağlamlığın və diriliyin qaynağı sayılan, bir növ yemək. Xaosdan kainata keçidi simvolizə edir. "Çöven otu" (halvaçı otu) ilə əlaqəli bir sözdür. Halva Türk mədəniyyətində əhəmiyyətli bir yerə malikdir. Ölünün ardından halva hazırlanması, atəş, su və un (əkinçiliyi və torpağı işarələr) kimi təməl ünsürlərin bir araya gəlməsini, ölümdən sonra yenidən dirilişi (yemək canlılıq deməkdir) ifadə edər. "Çöven otu" halvanı ağartmaq üçün istifadə edilən bir bitkidir və Çövenç sözü buradan törəmişdir. Mənşəyi çox köhnə çağlara qədər uzanan ölünün ardından halva etmə ənənəsi səthi kimi görünsə də çox dərin mənaları olan bir tətbiqdir. Hər şeydən əvvəl belə bir ənənənin davam etdirilməsi belə qarışıqlıq qarşısında bir nizamı yenidən təmin etməyi ifadə edər. Ənənə onsuz da (məzmunu insani dəyərlərə uyğun olduqda və doğru tətbiq edildikdə) əslində nizam deməkdir. Halva bir başqa cəhətdən ortaq hərəkət etməyi ifadə edər, həmişə birlikdə yeyilməsi ortaq şüur mənasını verər.
(Çöv/Çök) kökündən törəmişdir. Çöven, halvaçıotu kökü deməkdir. Çöğmek, Çövmək felləri qabarma, köpürtmək mənalarına malikdir.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.