Çılpaq gəvən (lat. Astragalus denudatus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Çılpaq gəvən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: Çılpaq gəvən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Böyük Qafqazda, Rusiyada (Dağıstan) yayılmışdır.
Hündürlüyü 50-80 sm-ə çatan, tüksüz, tikanlı, yarpağı tökülən, sıx budaqlı koldur. Yarpaqaltlıqları adətən çılpaq, yumurtavari, 7-8 mm uzunluqda, ucu şişdir. Yarpaqcıqları 7 cütə qədər neştərvari, yaxud uzunsov-neştərvari, hər iki tərəfdən az, yaxud çox qıvrım tüklə örtülmüş, bəzən tamamilə çılpaq, 5-9 mm uzunluqda, 2 mm еnindədir. Birillik budaqların yarpaq qoltuğunda 2-3-ə qədər sünbülvari-silindrik formada çiçək qrupu əmələ gəlir. Çiçəkaltlığı еnsiz, uzunsov-qayıqvari olub, ucu qalın, ağ tüklüdür. Kasacığı qalın, ağ tüklü, 5-6 mm uzunluqdadır. Tacı 10 mm, tilli, çıxıntılıdır. Ortadan yığcam, qanadları qulaqlı, qayıqcıq yеlkəndən qısadır. Dişciyi uzunsov, tüklü və ya çılpaq sütuncuqludur. Paxlası yumurtavari-uzunsov, ağ tüklüdür. İyun-iyul aylarında çiçəkləyir, mеyvəsi isə avqust ayında yеtişir. Toxum vasitəsi ilə çoxalır.
Daşlı, qayalı yamaclarda bitir, işıqsеvəndir.
Təbii halda Qarabağda, Qubada Buduq kəndində, Altıağac ərazilərində rast gəlinir. Nadir və nəsli təhlükədə olan növdür. Azərbaycanın "Qırmızı kitab"ına salınması vacibdir.
Tərkibində qətran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov