Çılpaqdağ terrası — çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması.
Yüksəkliyi 1–3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir.