Çılpaqlıq, heç bir paltar, geyim geyinməmək vəziyyətinə deyilir[1]. Geyinmək; bədəndəki tük örtüyünün tökülməsi və soyuq regionlara köçdükdən sonra təbii şəraitdən mühafizə olunmaq ehtiyacı nəticəsində yaranan insanlara xas olan xüsusiyyətdir. İstifadə olunan paltarın miqdarı istilik ehtiyacına və ya sosial şərait kimi funksional səbəblərə əsaslana bilər. Bəzi hallarda az və yaxud da heç geyim geyinməmək, bəzi vəziyyətlərdə isə daha çox geyim geyinmək sosial baxımdan məqbul sayıla bilər. İffət, əxlaq və sosial normalar geyinməyi şərtləndirən sosial səbəblərdəndir. Həmçinin də, çılpaqlığın qanuni olub-olmaması da buna təsir edən faktorlardandır.