Çıxışlıq hal

İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var.

Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir. Yəni, yönlük hal son nöqtəni bildirirsə, çıxışlıq hal başlanğıc nöqtəni bildirir. Sonu n,m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi -nan2 şəklində tələffüz olunur. Çıxışlıq halda olan sözlər vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsində işlənə bilir. Məsələn : Həmin güldən aldı.

Bu halda olan sözlər qoşma ilə də işlənir və bu da cümlədə müxtəlif məna xüsusiyyətlərinin meydana çıxmasına səbəb olur. Məsələn : uşaqdan ötrü, uşaqdan sonra , uşaqdan əvvəl, uşaqdan başqa


Təsirlik halının digər dillərdəki qarşılığı belədir:

Ingilis dilində - "Ablative case"

Rus dilində - "Родительный падеж"

Türk dilində - "-den hâli (ayrılma/çıkma), uzaklaşma hali"