Çəhrayı göllər

Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir.

Hillier gölü
Adı Ölkə Bölgə Haqqında
1. Hillier gölü Avstraliya Avstraliya Qərbi Avstraliya Bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir. Üstəlik rəngi qalıcıdır.
2. Retba gölü Seneqal Seneqal Dakar şəhərinin şimal-şərqi Retba Gölü çəhrayı rəngini Dunaliella yosunudan alır. 40%-ə çatan duz nisbəti sayəsində göldə batmaq mümkün deyil.
3. Salina da Torreviya gölü İspaniya İspaniya İspaniyanın cənub-şərqi Gölün yaratdığı mikroiqlimi sayəsində bölgə Avropanın ən sağlam həyat sahəsi seçilmişdir. Üstəlik göldən əldə edilən duz da çox keyfiyyətlidir.
4. Hutt gölü Avstraliya Avstraliya Qərbi Avstraliya Bu gölün rəngi içindəki yosunlara görə qırmızıya da çevrilir.
5. Dasti Rouz gölü Kanada Kanada Kanadanın şimal-qərbi Dasti Rouz gölünə rəngi nə duz, nə də yosunlar verir. Onun gül çəhrayısı rənginin səbəbi dağları, buzlaqları aşaraq gələn axar sulardır. Bu axar sular çəhrayı rənglərini bölgəyə xas qayalardan alırlar.
6. Pink gölü Avstraliya Avstraliya Qərbi Avstraliya Bu gölə rəngini yalnız yosunlar vermir. Çəhrayı rəngli Brin krevetləri də böyük rol oynayır.
7. Masazır gölü Azərbaycan Azərbaycan Bakı yaxınlığı Bu çəhrayı göl yüksək nisbətdə duz ehtiyatlarına sahib olduğu üçün bölgədə duz fabrikləri qurulmuşdur.
8. Quairadinq gölü Avstraliya Avstraliya Avstraliyanın cənub-şərqi Ortasından yol keçən bu gölün xüsusiyyəti ilin müəyyən vaxtlarında yarısının tünd qırmızıya dönməsidir.
9. Duz gölü Türkiyə Türkiyə Bozcaada Rəngi ​​bəzən qırmızıya da çalan gölün ətrafı antik sütunlar və qalıqlarla doludur.

kayzen.az