Çələbilər məscidi

Çələbilər məscidiCəbrayıl rayonunun Çələbilər kəndində yerləşən XVII əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.

Çələbilər məscidi
Ölkə
Rayon Cəbrayıl rayonu
Yerləşir Çələbilər kəndi
Sifarişçi Məhəmməd ibn Hacı Qaraman Əhməd
Tikilmə tarixi 1678
İstinad nöm.4170
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çələbilər məscidi (Azərbaycan)
Çələbilər məscidi

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Çələbilər məscidi Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.[1] 1678-ci ildə Məhəmməd ibn Hacı Qaraman Əhməd tərəfindən tikdirilib.[2][3] Məsciddə mədrəsə də fəaliyyət göstərib.[4] Burada dini və dünyəvi elmlər tədris olunub.[5] XVIII əsrdə yaşamış Azərbaycan şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib.[4][6]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[7] Çələbilər məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8] Cəbrayıl rayonunun işğalına qədər Çələbilər məscid-mədrəsə kompleksi bərpa olunub və ilkin formasına gətirilib.[9][10] Çələbilər kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal edildikdən sonra ermənilər tərəfindən yandırılmış və talan edilib.[6] Məscidin binası yararsız hala düşüb.[11][12][13] 2020-ci il oktyabrın 26-da kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.[14][15]

  1. Məmmədov, Nahid. İşğal altındakı tarixi abidələrimiz (PDF) (az.). Bakı: Nurlar. 2015. 24. ISBN 978 - 9952 - 490 - 95 - 4. 2020-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-05.
  2. Hüseyn, Tofiq. "Hacı Qaraman ocağı". "Respublika" qəzeti. 2023-12-14. İstifadə tarixi: 2024-02-05.
  3. İsmayılov, Faiq. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər (PDF) (az.). Bakı: AMEA Hüquq və İnsan Haqları İnstitutu. 2016. 37. ISBN 9789952815498. 2022-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-06.
  4. 1 2 "Çələbilər məscidi". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
  5. "Cəbrayıl rayonunun Çələbilər kəndi". Qafqaz TV (az.). 2021-07-07. İstifadə tarixi: 2024-02-05.
  6. 1 2 "Mosque-madrasa complex in the Chalabilar village of Jabrayil | Religions in Today's Azerbaijan". religions.az (ingilis). İstifadə tarixi: 2024-02-05.
  7. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. "Cəbrayılın erməni işğalından azad olmuş qədim abidələri". Azərbaycan qəzeti (az.). 2023-10-11. 2023-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
  10. Əli, Orxan. "Qarabağdakı ibadət evləri: ermənilər indi orada donuz saxlayırlar". modern.az (az.). 2012-04-19. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
  11. Musa, Günel. "Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz". Kulis.az (az.). 2020-10-23. İstifadə tarixi: 2024-02-05.
  12. Nüsrətoğlu, Telman. "Qarabağda Azərbaycan-Türk mədəni irsinə qarşı həyata keçirilən vandalizm | TRT Azerbaycan". www.trt.net.tr (az.). 2021-02-18. İstifadə tarixi: 2024-02-05.
  13. "Damage to cultural heritage". mfa.gov.az (az.). İstifadə tarixi: 2024-02-05.
  14. "Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
  15. "Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ (az.). 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.