Çəmən-bataqlı torpaqlar (Orta Kür depresiyası)

Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının[1] mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir.

Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir.

Morfo-genetik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər.

Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı.

Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi. Odur ki, bu ərazidə yuxarıda göstərilən təbii və antropogen amillərin təsiri ilə mürəkkəb və müxtəlif fiziki-kimyəvi və meliorativ xassəli aşağıda göstərilən torpaq taksonomik vahidləri (tiplər, yarımtiplər və cinslər) yayılmışdır (1957, 1991 və 2000-ci il tarixli 1:500 000, 1:600 000 və 1:100000 miqyaslı xəritəsi əsasən).

Torpaq taksonomik vahidlərinə aid aşağıdakı təsnifat sxemin daxil edilmiş torpaqlar 1957, 1991 və 2000-ci illərdə müxtəlif torpaqşünas (V.R.Volobuyev, H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov) alimlər tərəfindən tərtib edilmiş 1:500000, 1:600000, 1:100000 miqyaslı Azərbaycanın torpaq xəritələrinə istinad olunmuşdur.

Çəmən boz-qəhvəyi

[redaktə | mənbəni redaktə et]

Qədimdən suvarılan boz-qəhvəyi

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar əlverişli suvarma imkanlarına malik boz qəhvəyi torpaqların daxilində yayılmışlar. Morfoloji-genetik baxımdan formalaşmasında bundan əvvəlki torpaqlarda olduğu kimi ekoloji mühit rol oynamışdır. Qədimdən suvarma ilə əlaqədar bu torpaqların genezisində fərqli dəyişiklik yaranmışdır. Suvarma ilə əlaqədar profil də genetik qatların aydın differenləşməsində monotomlik yaratmaqla mexanik fraksiyaların bir növ bərabər paylanması baş vermişdir. Profilin üst yarımmetrlik qatında humusun miqdarına, suvarma ilə yaranan mədənləşmə, dərəcələrinə, qranulometrik tərkiblərinə görə bu torpaqlarda bir sıra yarımtiplərə, cinslərə, növ və növmüxtəlifliklərinə ayrılırlar. Kənd təsərrüfatında bu torpaqlar suvarma şəraitində əsasən pambıq və tərəvəz qismən taxıl və yem bitkiləri altında becərilir.

Qədimdən suvarılan adi-boz

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar öyrənilən obyektin ovalıq hissəsinin yayılma arealına görə kiçik sahəsinə əhatə etməklə yalnız Tərtər və Beyləqan rayolarının ərazisində yayılmışlar. Torpaqların morfoloji-genetik quruluşunda becərmənin uzun müddət aparılmasının izi qalmışdır. Suvarma nəticəsində qranulometrik tərkibi kiçik fraksiyaları profildə aşağıya miqrasiya etmiş, humus həmin qaydada aşağıya dartılmışdır. Bir çox sahələrdə genetik formada bu torpaqlarda bu və ya digər dərəcədə şorakətləşmə əlamətləri müşahidə olunmuşdur. Profilin aşağı qatlarında şorlaşmanın və şoranlaşmanın miqdarı yol verilən həddən (<0,25%) yüksəkdir.

Kənd təsərrüfatında bu torpaqların hamısı suvarma şəraitində əsasən pambıq, tərəvəz, qismən taxıl və yem bitkiləri altında becərilir.

Adi çəmən-boz

[redaktə | mənbəni redaktə et]

Şorakətləşmiş bərkimiş boz-çəmən

[redaktə | mənbəni redaktə et]

Bərkimiş qaysaqlı orta və yüksəkhumuslu çəmən-boz

[redaktə | mənbəni redaktə et]

Yüksək humuslu boz-çəmən

[redaktə | mənbəni redaktə et]

Az humuslu ibtidai çəmən-boz

[redaktə | mənbəni redaktə et]

Az humuslu ibtidai çəmən-boz torpaqlar əsasən Küryanı ovalıq ərazilərdə yovşanlı-efemerli, şoranlı-efemerli bitkilik altında karbonatlı allüvial şöküüntülər üzərində qrunt suları hesabına zəif dərəcədə olsa da nəmlənmə şəraitində formalaşmışlar. Bu və ya digər torpaqəmələgələnə amillərinin aşağılamasının təsiri altında torpaq profilindəki genetik qatların diferenləşməsi zəif getmiş, bitki və digər üzvi mineral bitki çöküntülərinin toplanması ilə humusla az təmin olunmuşlar. Allüvial çöküntülər tərkibində zəif aşınmanın zəifliyi ilə biogen elementlər az toplanmış və nəticədə münbitlik aşağı düşmüşdür. Kənd təsərrüfatında əsasən otlaq, qismən taxıl və tərəvəz bitkiləri altında istifadə olunur.

Şorakətləşmiş çəmən-boz

[redaktə | mənbəni redaktə et]

Sazalı orta və yüksək humuslu, çəmən-boz

[redaktə | mənbəni redaktə et]

Sazalı orta və yüksək humuslu boz-çəmən torpaqlar öyrənilən obyektin yalnız Bərdə rayonu ərazisində bundan əvvəlki torpaqlara nisbətən az sahəni əhatə edir. Torpaqəmələgəlmədə bundan əvvəlki torpaqlarda[2] müşahidə olunmayan əlamət və xassə ondan ibarətdir ki, delüvial formada toplanan qrunt suları su keçirməyən və kaymalılıq əlamətli yüksək lillilik xassəli çöküntülər üzərində yaylalığı üçün torpağın profili həmişə qrunt suları hesabına nəmlənirlər. Nəticədə aşağı qatlarda biogen elementlərin[3] oksigenli birləşmələri içərisində FeO (getit) mineralının çoxluğu ilə mavi paslar çoxluq təşkil etməklə bu qatlarda qleyləşmə prosesi intensiv formada olur. İzafi nəmlənmə hesabına torpağın üst qatlarında çəmənəmələgətirən bitki növlərinin çoxluğu ilə humusun yüksək miqdarda toplanması baş vermişdir. Torpaqəmələgətirən süxurların[4] hesabına bu torpaqlarda zəif dərəcədə şorlaşma əlaməti müşahidə olunmuşdur. Kənd təsərrüfatında bu torpaqlardakı taxıl bitkiləri və otlaqaltında istifadə olunur.

Bataqlı-çəmən

[redaktə | mənbəni redaktə et]

Çəmən-bataqlı torpaqlar əsasən Orta Kür[5] depresiyasının şərq yarısında Kürdəmir, qismən isə ayrı-ayrı ləkələr halında Mil-Qarabağ düzənliyində yayılmışdır. Keçən əsrin ortalarına qədərki dövrlərdə bu torpaqlar qamışlı, gilli[6], çığlı və digər su-bataqlıq bitkilərindən ibarət cəngəlliklərlə örtülü olmuşlar. Lakin keçən əsrin ortalarında indiki dövrə qədər iqlimdə istiləşmənin yüksələn xəttlə davam etdiyinə görə bataqlıqlarda quruma və qrunt sularının səviyyəsinin aşağı düşməsi ilə bataqlıqlarda quruma prosesi intensivləşdiyinə görə bataqlaşmada çəmən-bataqlaşma ilə əvəzlənmişdir. Hal-hazırda həmin torpaqlarda keçilməz qamışlığın yerində yolğun, yolğin-yovşan formasiyasının yaranması ilə bataqlı-çəmən bitkiliyə seyrəklərək yerlərini taxıl və şorangələr fəsiləsinə aid növlərə vermişlər. Bu torpaqlar bu və digər dərəcədə şorlaşma və şorakətləşməyə məruz qalmamışlar, lakin karbonatlıdırlar. Hazırda bu torpaqlar Dövlət mülkiyyətində olub qış otlaqları altında istifadə olunur.

Subasar çəmən-meşə (Tuqay meşə)

[redaktə | mənbəni redaktə et]
  • Əzizov Q.Z. Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntlarının su-duz balansı və onun nəticələrinin elmi təhlili. Bakı, Elm, 2006, 258 s.
  • Salayev M.E. Azərbaycan torpaqlarının diaqnostikası və və klasifikasiyası. Bakı, Elm, 1991.
  • Volobuyev V.R. Kür-Araz ovalığının şoran torpaqlarının genetik formaları. Bakı, 1965, 248 s.
  1. Əzizov Q.Z. Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntlarının su-duz balansı və onun nəticələrinin elmi təhlili. Bakı, Elm, 2006, 258 s.
  2. Əzizov Q.Z. Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntlarının su-duz balansı və onun nəticələrinin elmi təhlili. Bakı, Elm, 2006, 258 s.
  3. Salayev M.E. Azərbaycan torpaqlarının diaqnostikası və və klasifikasiyası. Bakı, Elm, 1991.
  4. Volobuyev V.R. Kür-Araz ovalığının şoran torpaqlarının genetik formaları. Bakı, 1965, 248 s.
  5. Volobuyev V.R. Kür-Araz ovalığının şoran torpaqlarının genetik formaları. Bakı, 1965, 248 s.
  6. Salayev M.E. Azərbaycan torpaqlarının diaqnostikası və və klasifikasiyası. Bakı, Elm, 1991.