Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur.
Çəmən kəpənəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Çəmən kəpənəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir. Pup halına keçən zaman tırtılın toxuduğu barama kisə şəkilli olub, uzunluğu 20-70mm-ə çatır. Çəmən kəpənəyi Azərbaycanda 3- 4 nəsil verir.
Iri yaşlı tırtıllar ipək saplardan hazırladıqları baramalar içərisində torpağın üst səthində qışlayır. Tırtıllar 300 şaxtaya dözə bilir. Yazda birinci nəslin kəpənəkləri orta gündəlik temperatur +150C olduqda uçmağa başlayır. Normal yaşayan kəpənək 400-ə qədər yumurta qoya bilir. Əksər hallarda isə kəpənəklər nəsil vermir. Belə nəsilsizliyə yaz və payız aylarında, havaların quraq keçməsi və çiçəkli bitkilərin az olması zamanı təsadüf edilir. Kəpənəklər müxtılif yabanı bitkilər və ağacların çiçək nektarı ilə qidalanır. Yumurtalar bir çox yabanı və mədəni bitkilərin yarpaqları üzərinə qoyulur. Qoyulmuş yumurtalardan 3-5 gündən sonra tırtıllar çıxmağa başlayır. Bu tırtıllar bitkilərin yerüstü hissələrini- yarpaqları, çiçəkləri bəzi hallarda isə hətta meyvələri və gövdələri ilə qidalanır. Hava şəraitindən asılı olaraq tırtıllar 2-3 həftə inkişaf edir və bu dövürdə beş yaç keçirir, sonra puplaşır ki, bunlardan yeni nəslin kəpənəkləri uçur.[1]
Çəmən kəpənəyi Azərbaycanın dağətəyi və aran rayonlarında yayılıb vaxtaşırı çoxalır və bir çox mədəni bitkilərə, günəbaxana, qarğıdalıya, yoncaya, pambığa, çuğundura, tərəvəz və bostan bitkilərinə və s.zərər vurur.