Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü.
Çəmənlik haçaquyruğu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çəmənlik haçaquyruğu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir.
Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir.
Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır[3]. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar.
Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar. Hər il isə yuvalama ərazilərini dəyişirlər. Yuvalarını yer səthindəki çuxurlarda qururlar. 3 və ya 2 yumurta qoyurlar. Yumurtadan yeni çıxan balalar artıq iyul ayında tam müstəqilləşir.
Nisbətən sərin gecə və səhər çağlarında ev heyvanlarının yaxınlığında yayılmış böçəklərlə qidalanırlar. Onların böyük hissəsini güvələr təşkil edir.