Çəpərobası yaşayış yeri

Çəpərobası yaşayış yeriNaxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndininin yaxınlığında, meşənin içərisində yaşayış yeri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Yaşayış yeri vaxtilə meşənin içərisindən keçən qədim torpaq yolun kənarında, olduqca əlverişli bir mövqedədir. Hər tərəfdən dağlarla əhatələndiyindən yaşayış üçün əlverişlidir. Yaşayış yerindəki tikintilər dağıntıya uğrasa da, o, öz arxaik quruluşunu qoruyub saxlamışdır. Yaşayış yerinə aid binalar oval formalı mərkəzi meydanın ətrafında yerləşmişdir. Binaların bəzisi bir, bəzisi isə iki otaqlıdır. Burada irihəcmli ictimai binalar da vardır. Mərkəzi meydana girən ensiz giriş şübhəsiz ki, vaxtilə qapı üə qapadümışdır. Tədqiqat zamanı yaşayış yerindən Son Antik və Erkən Orta əsrlərə aid çəhrayı rəngli keramika parçaları əldə edilmişdir. Arxeoloji materiallara əsaslanaraq yaşayış yerini 1-8 əsrlərə aid etmək olar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 69.