Bu məqalə qaralama halındadır. |
Çərxçi — orta əsrlərdə Azərbaycanda, habelə bəzi qonşu Şərq ölkələrində xüsusi hərbçi süvari dəstəsinin döyüşçüsü.
Çərxçi dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunurdu. Döyüş, adətən, çərxçibaşının rəhbərliyi altında öz dəstəsi ilə meydana girməsi ilə başlanılırdı. Çərxçilərə rəhbərlik görkəmli əmirlərə etibar edilmişdir. XVI əsrin bir sıra yazılı mənbələrində, Çərxçi qoşunun önündə gedən, döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur. Çərxçi qoşunu əsasən, Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən Xan Məhəmməd Ustaclu öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi vəzifəsinə təyin etmişdir. Çərxçi vəzifəsi qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi. Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı.[1] I Şah İsmayıl 1514-cü ildə Osmanlı Sultanı I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan Sarı Pir Ustaclunu çərxçi təyin edir. Sonra çərxçi vəzifəsində olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu üzərinə hücum etmşdir. I Şah İsmayıl bir dəstə bahadırı çərxçi təyin etmişdi. Tarixi mənbələrdən məlum olur ki, Osmanlı ordusunda da çərxçi hərbi hissəsi mövcud idi. Səfəvi Dövlətində Muçi, Qaziye-muəsgər (Əsgər qazisi), ləşgərnevis hərbi rütbələri də mövcud olmuşdu. Muçi qoşunda böyük əhəmiyyətə malik hərbi rütbə idi. Qaziye-muəsgər orduda şəriət qanunları əsasında hüquqi işlər aparırdı. "Xülasət ət-təvarix"də göstərilir ki, Müzəfərəddin Əli Encu qoşunda qaziye-muəsgər vəzifəsi ilə yanaşı sədr vəzifəsini də aparırdı.
1563-cü ildə isə dövrünün tanınmış alimlərindən hesab olunan Mirəla əl-Mülki Məreşi əsgər qazisi vəzifəsinə təyin edilmişdi. Ləşgərnevislər qoşuna aid məsələlərlə məşğul olub və xüsusi dəftərində lazımı qeydlər aparırdılar. Ləşgərnevevislər-Ləşgərnevisi-vəziri-sərkar, mülazim ağa və qulluqçulardan ibarət idi. Ləşgərnevislərin hesabına görə Səfəvi şahının ordusunda ustaclu tayfaından 16 min nəfər iştirak edirdi. I Şah Abbasın hakimiyyəti dövründə Ağa Şahəli Dövlətbəyi ləşgərnevis vəzifəsinə təyin edilmişdi.