Çətən (film, 1995)

Xalçaçılıqla Azərbaycanda hələ e.ə. 3-4-cü minilliklərdə məşğul olunub. Çətən ən qədim xovsuz xalça növüdür. Çətəndən alaçıqlarda həm qapılıq kimi, həm də alaçığın divarını bəzəmək, yurdu isti saxlamaq üçün istifadə edirdilər. Filmdə bu qədim sənət növünün sirlərindən bəhs edilir.

Çətən
Fayl:Çətən (film, 1995).jpg
Rejissor Gülarə Ələkbərli
Ssenari müəllifi Gülarə Ələkbərli
Operator Cabbar Kamaloğlu
İstehsalçı ANS Televiziyası
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Rəng rəngli

Filmdə yeganə çətən ustası Tariyel Bəşirovun əsərlərindən istifadə olunmuşdur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Gülarə Ələkbərli
Rejissor: Gülarə Ələkbərli
Operator: Cabbar Kamaloğlu
Montaj: Fuad Cabbarov
Redaktor: Mirşahin Ağayev
Prodüser: Seyfulla Mustafayev