Çaçapoya mədəniyyəti

Çaçapoya mədəniyyəti—900—1470-ci illər arasında Peruda olmuş mədəniyyət.

Tarixi və tapılması

[redaktə | mənbəni redaktə et]
Kuelap qalası — içəridən görünüş

Çaçapoya qəbiləsinə aid şəhərin, təxminən 5 hektarlıq bir sahədə, qayaların oyulmasıyla ortaya çıxarılmış inşalardan təşkil olduğunu açıqladılar.Paçhalama təpəsində tapılan itmiş şəhərin, “Bulut İnsanları” olaraq adlandırılan Çaçapoyaların bəlli izlərini daşıdığı, təxmini 1000 illik keçmişinə baxmayaraq çox yaxşı durumda olduğu bildirildi. Bölgənin, yamacın meşəlik bir sahəni də əhatə etməsi və şəhərin böyük bölümünün ağacların kölgəsində qalması sayəsində yağmacıların əlindən qurtulduğu, civarda yürüş edən və şəlalə səsini izləyən yerli xalq tərəfindən ortaya çıxarıldığı qeyd edildi. Qayalıq qisimdə qalan tikili divarlarıyla qayalardakı motivlərin bəlli olduğu şəhərdə, keramik parçalarına və qorunmuş məzarlara rastlandığı bildirildi. Arxeoloq Benedikto Perez Goicochea, uçurumun kənar qismində hasar tapıldığını, bunun, bölgədə yaşayan xalqın, olası düşmənlərin yerini təsbit etmək üçün işlənilən bir tikili olduğunun təxmin edildiyini söylədi. İnklərə 1475-ci ildə boyun əyən çaçapoyalar haqqında çox az bilgi var. Çaçapoya qadınlarının gözəllikləriylə ünlü, açıq tənli və uzun boylu, kişilərinin də yaraışıqlı olduqları bildirilir.

İspaniyalıların, Peruya gəldikləri 1535-ci ildə, İnklərə qarşı verilən mücadilədə Bulud insanlarından yandaş tapdıqları da bilinir. Dönəmin İspaniya salnamələrində Bulud insanları vəhşi olaraq tanıdılır və ölülərini mumiyaladıqlarına diqqət çəkilir.