Çadır — Bir dirəyə çərçivə əlavəsi ilə və ətrafına bez gərilməsi ilə yaradılan, iplərlə dəstəklənilən digər materialdan ibarət olan sığınacaq yer.
Çadır asanlıqla sökülən və daşınan müvəqqət bir obyektdir. Çadırlardan köçəri hərəkətləri və ya səfərlər kimi vəziyyətlərdə istifadə olunur. Festivallarda, sirklərdə və düşərgələrdə də geniş istifadə edilir.
Otaq - türk, altay və monqol xalq mədəniyyətində xaqan çadırıdır. (Azərbaycan dilində Otaq formasıyla evin bölməsi mənasına çevrilmişdir. Türkcədə bu bölmələrə Oda denir.) Böyük və görkəmli çadır deməkdir. Otak (Otav) və ya Otu (Otuv) da deyilir. Monqollar isə Macan (Majqan, Mayxan, Mayıqan) deyərlər. Çadırdan fərqi, yumru və bəzəkli olmasıdır. Osmanlıda padşah çadırlarına bu ad verilmişdir. Dünya (yer üzü ve göy) böyük bir otağa benzetilir. Həyat Ağacı isə onun ortasındakı dirəktir. Türk mədəniyyətində çadır əhəmiyyətli bir yerə malikdir. Qırğızlar "Bozuy" deyərlər. Fərqli rənglərdəki çadırlar fərqli mənalara gəlir. Ağ Otağ, Qara Otağ, Qırmızı Otağ, Sarı Otağ kimi... Oğuz Xan ölüb də yerinə oğlu Gün Xan taxta çıxınca özüne Qızıl Otağ kurdurur. Öz otağının sağ yanına altı, sol yanına da altı çadır kurdurur. Sağ tərəfə 40 qulac bir dirək tiktirip başına qızıl bir toyuq qoydurar, dibinə ağ bir qoyun bağlatır. Sol yanına da 40 qulac bir dirək tiktirip onun üzərinə də gümüş bir toyuq qoydurar, dibinə qara bir qoyun bağlatır. Qoyun güc simvoludur. Bu məzmunda Türk yurdu və dövləti üç ölçülüdür. Şərq-Qərb (Sağ-Sol), Şimal-Cənub və Göy-Yer.
Otağ, Türk mədəniyyətində əhəmiyyətli yer tutan böyük və bəzəkli müvəqqəti qonakdır. Ümumiyyətlə səfərə çıxan xaqanlar üçün düzə yaradılan qurma evlərin bütününə verilən addır.
Otağ və çadır əsla qarışdırılmamalıdır. Çadır köhnə türkcədə 'çətir' mənasını da verər. Otağ isə normal bir çadırdan qat qat daha mürəkkəb, möhkəmdir və inkişaf etmişdir.
(Ot/Od/Ud) kökündən törəmişdir. Od (atəş) ilə əlaqəlidir. İçində atəş yandırılan sığınacaq deməkdir.