Çadır iyəsi

Çadır yiyəsi – türk, altay və monqol xalq mədəniyyətində və inancında çadırın qoruyucu ruhu. Çadır (Şatır, Çatır, Çədir) yiyəsi də deyilir. Otaq yiyəsi ya da Çergə yiyəsiTirmə yiyəsi ifadələri də istifadə edilər. Monqollar Macan (Majqan, Mayxan, Mayqan) Ezen və ya Asar Ezen deyərlər. Alaçıq (Alaşıq) yiyəsi də yenə bənzər bir varlığı ifadə edir. Hər çadır üçün fərqli bir yiyə vardır. Türk mədəniyyətində otaq əhəmiyyətli bir yerə malikdir. Türk və monqol imperatorlarının heç bağlanılmayan və qırx öküz tərəfindən çəkilən otaqlarının olduğu tarixi qeydlərdə mövcuddur. Bu otaq məskun mədəniyyətdəki sarayın yerini tutmaqdadır. Macarca Sator olaraq keçər. Qırğız bayrağında olan altı yol motivi, qırğız çadırlarının təpə pəncərəsində taxtadan edilən bir naxışdır. Bu ənənəvi qırğız çadırının üst hissəsində olan və baxıldığında içəridən günəşin göründüyü "Tündük" simvoludur.

  • Otaq: (Ot/Od/Ud) kökündən törəmişdir. Od ilə əlaqəlidir. İçində od yandırılan sığınacaq deməkdir. Otaq sözü də təxminən eyni anlama malikdir.
  • Çadır: (Çad/Çat) kökündən törəmişdir. Çatmaq kökündən gəlir. Çatqı, çatı (dam) sözləri ilə eyni mənşəyə malikdir. Farscaya türkcədən keçmişdir.
  • Çergə: (Çer/Yer) kökündən törəmişdir. Qurmaq, sərmək mənaları daşıyır. Yer sözü ilə əlaqəlidir.

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.