Çalalı relyef — barxanlı relyefin analoqu; Ç.r. töküntü yamacı qarşısında üfürülmə çuxurun /çala\ əmələ gəlməsi ilə fərqlənir. Bir-birinə qarşı yönəlmişeyni güclü mövsümi küləklər zamanı köndələn tirələr, bir istiqamətli küləklərin üstünlüyü zamanı isə hakim küləklərə doğru yönəlmiş. "bığlı"tirələr formalaşır. Hündürlükləri 10–70m, diametri 80–200 m arasında tərəddüd edir. Orta Asiyanın qumlu səhralarında, əsasən dağətəyi rayonlarda geniş yayılmışdır.[1]