Çanaq (qab)

Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir.

Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır.

Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]